"Muğamın
ekranlaşdırılması"
Beynəlxalq layihə
çərçivəsində ilk filmin istehsalı başa
çatıb
Kinorejissorlar Gildiyasının, UNESCO
və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun
təşkilatçılığı ilə
"Muğamın ekranlaşdırılması"
beynəlxalq layihəsi çərçivəsində ilk filmin
istehsalı başa çatıb.
Bu, Pünhan Həsənlinin
qısametrajlı "Süni bənövşələr"
eksperimental filmidir. Bu barədə APA-ya Kinorejissorlar
Gildiyasının mətbuat xidmətindən məlumat verilib.
Film rejissorun muğama fərqli və qeyri-ənənəvi
baxışı olaraq muğamın müasir miniatür
və yeni baletlə sintezindən ibarətdir. Ekran
əsəri "Film" Prodüser Mərkəzində istehsal
olunub. "Muğamın ekranlaşdırılması"
beynəlxalq layihəsinin II filmi Kinorejissorlar Gildiyası
və Belçikanın "Michel de Wouters Productions"
studiyasının birgə istehsalı olan ilk
Azərbaycan-Belçika müştərək filmidir. Bu film
belçikalı rejissor Kris Delvilin muğam ustası Fərqanə
Qasımovanın həyat və yaradıcılığına
həsr olunmuş "Düşüncələrə
keçən günlər" (The meditation of the days)
layihəsidir. Bu layihənin reallaşmasına
Mədəniyyət və Turizm Naziriliyi də maliyyə
yardımı göstərib. Hazırda film Belçikada montaj
və səsləndirmə ərəfəsindədir.
Layihənin rəhbəri və hər iki filmin prodüseri
Hüseyn Mehdiyevdir.
Şərq.- 2007.- 17 yanvar.- S. 12.