"Oskar" - uzaq, əlçatmaz mükafat!..
Azərbaycan kinemotoqrafçılarından kim istəsəydi,
bu müsabiqəyə
qatıla bilərdi
Dünya kinosu Amerika Kino akademiyasının təsis etdiyi "Oskar" mükafatının təqdimatının intizarındadır. İddiaçılar artıq məlumdur. Azərbaycan filmlərindən heç biri yenə də "Oskar" nominatları siyahısında yoxdur. Kinorejissor Eldar Quliyevin fikrincə, Azərbaycan kinemotoqrafçılarının istehsal etdiyi filmlərin "Oskar" iddialısı olmasına hələ çox var.
"Müsabiqəyə göndərilən filmləri geri qaytarmırlar. "Oskar" mükafatı üçün göndərilən filmlərə baxış keçirilir və onlardan 5-i seçilir. Yalnız bundan sonra əsas namizədlərin adları açıqlanır", - deyən kinorejissor söhbət əsnasında bildirdi ki, bu il müsabiqəyə 164 film göndərilib. "Azərbaycan kinemotoqrafçılarından kim istəsəydi, bu müsabiqəyə qatıla bilərdi. Amma kinomotoqrafçılarımızdan heç kəs istehsal etdiyi filmi ABŞ-a göndərməyib". Eldar Quliyev dedi ki, belə müsabiqələrin iştirakçısı olmaq Azərbaycanın təbliği deməkdir, "Fikrimcə, “Oskar”a layiq Azərbaycan filmi yoxdur". Rejissorlarımızın özünə inamının azlığını qeyd edən E.Quliyevin sözlərinə görə, Azərbaycan kinosunun ABŞ-da təbliği üçün öncə komitə yaranmalıdır: "Bu, təkcə mənim ideyam deyil. Kino İttifaqı, kinostudiya və nazirliyin birgə komitəsi filmlərimizin səviyyəsini ayırd etməlidir".
E.Quliyev dedi ki, öz filmlərinə
qiymət verməkdə
çətinlik çəkir. Onun fikrincə, yalnız tamaşaçı rəyindən
sonra o, bu barədə
öz sözünü
deyə bilər. Ən yaxşı qiyməti tamaşaçının
verdiyini deyən kinorejissor həmkarı Rüstəm İbrahimbəyovun
ssenari müəllifi olduğu "Köçərilər"
filminin ABŞ-a göndərilməsini
təkzib etdi: "5 film arasında "Köçərilər" yoxdur.
Üstəlik, "Köçərilər"
Azərbaycan filmi deyil".
Reytinq.- 2007.- 28 yanvar.- S. 17.