Rüstəm Z.
Kino tarixinin yeni səhifəsi
Cari ildə bir sıra filmlər
ekran həyatı qazanacaq
"Azərbaycantelefilm"
Yaradıcılıq Birliyində 2007-ci ildə istehsal olunacaq
filmlərin tematik planı təsdiq
edilib. Birliyin direktoru Vüqar Tapdıqlının
məlumatına görə, 1937-cı ildə sürgün
olunmuş azərbaycanlılar haqqında
"Sürgün", eləcə də
"Səfəvilər", "Mif və
həqiqət", "Məhəmməd Bəy Aşıq
Zəngilani", "Dövlət rəmzləri" və
Azərbaycan ərazisində yerləşən
abidələrlə bağlı sənədli filmlər istehsal
olunacaq. Bununla yanaşı, bu ilin sonuna kimi Amaliya Pənahova,
Ramiz Quliyev, Səyavuş Aslan, Cabbar Qaryağdıoğlu,
Ramiz Mirzəyev, Mikayıl Müşfıq, Şəfiqə
Məmmədova, Rübabə Muradova və Bədəlbəylilərin
həyat və yaradıcılığından bəhs
edən portret filmlərin çəkilməsi
nəzərdə tutulub. V.Tapdıqlının sözlərinə
görə, bəzi filmlərin istehsalına yaxın
günlərdə başlanılacaq.
Qeyd edək ki, ssenari
müəllifı şair Ramiz Rövşən olan və
Qarabağ hadisələrindən bəhs edən "Qala"
bədii filmi bu il dövlət sifarişi ilə istehsal
olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya
şöbəsinin müdiri Cahangir Məmmədovun
sözlərinə görə, sözügedən film
Şamil Nəcəfzadənin rejissor yozumunda ərsəyə
gələcək. Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" Kinostudiyasında istehsal olunacaq
bədii filmin aktyor heyəti hələ ki
müəyyənləşməyib.
C.Məmmodov
əlavə etdi ki, bu il Azərbaycan və Latviya kino mütəxəssislərinin
birgə işi də nəzərdə tutulub. Onun
sözlərinə görə, istehsal olunacaq filmin ssenari
müəllifı Ramiz Fətəliyev olacaq, rejissor isə Latviyadan
dəvət ediləcək. Bundan başqa, dövlət
sifarişi ilə hazırlanacaq filmlər
sırasında"Abidələr" və "Yaddaş
Azərbaycan tarixi" də var. Hər iki ekran işi
"Salnamə" kinostudiyasında istehsal olunacaq.
Bu il Cahangir Zeynalovun quruluşunda
mərhum rejissor Gülbəniz Əzimzadənin həyat
və yaradıcılığının ekranlaşdırılması
planlaşdırılır. Ssenari müəllfi və rejissoru
Çingiz Mustafazadə olan "Kuklalar" filmi də cari
ildə çəkiləcək kino siyahısına daxil edilib.
Bu il ilk dəfə olaraq Mədəniyyət və Turizm
Nazirliyinin büdcəsi " hesabına gənc rejissorlar
arasında müsabiqə keçirilməsi nəzərdə
tutulub. C.Məmmədov bildirib ki, 5 tammetrajlı filmin
qatılacağı müsabiqənin qalibi 2008-ci ildə
dövlət hesabına tammetrajlı film seçmək
hüququ əldə edəcək.
Yeri gəlmişkən,
qeyd edək ki, kinorejissor Eldar Quliyevin rəhbərlik etdiyi
"Debüt" Kinostudiyası bu günlərdə
fəaliyyətini bərpa edəcək. Kinematoqrafiya
şöbəsinin müdiri Cahangir Məmmədov bildirdi ki,
kinostudiya dörd ildən artıqdır fəaliyyətini
dayandırmışdı. Uzun fasilədən sonra kinostudiyada
bu il bir neçə filmin istehsalı nəzərdə
tutulub.
Ayna.- 2007.- 27 yanvar. –S. 21.