Samirə

 

 

"Fətəlixan” - 60

 

1947-ci   ildə   M.Hüseyn   və Ə.Məmmədxanlının ssenarisi üzrə Moskva  rejissoru Y.Dziqan "Fətəli xan" bədii fılminə quruluş verdi. Bu tarixi film XVIII əsrdə müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparan Quba xanı Fətəli xana həsr olunmuşdu.

Hələ 1942-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycanın istedadlı və tanınmış ədəbiyyat və incəsənət xadimlərini görkəmli dövlət xadimləri haqqında yüksək bədii səviyyəli əsərlər yaratmağa çağırmışdı.

Bu çağırışa cavab olaraq yazıçı Ə.Məmmədxanlı ssenarini yazıb studiyaya təhvil verdi. Bundan sonra ssenari müzakirə olunarkən bir sıra dəyişikliklərə məruz qaldı. Digər tərəfdən də rejissorların və aktyorların təyin olunub, sonra yeniləri ilə əvəzlənməsi işin gedişinə mənfi təsir göstərdi. Belə ki, 1943-cü il oktyabrın 21-də Bakı kinostudiyasının 1943-1944-cü illər üçün istehsalat planı müzakirə olunarkən studiyanın direktoru R.Rza çıxış edib demişdi: "İrəlidə bizi böyük işlər gözləyir. "Arşın mal alan", "Qubalı Fətəli xan" və "Robinzon Kruzo" bədii filmlərinin istehsal planı artıq təsdiq olunub... "Quba Fətəli xan" irihəcmli tarixi film olacaq. Bu film kino sənətinin bütün gücünü göstərməli, bizim bayrağımıza çevrilməlidir. Məhz bu filmlə biz sovet kinematoqrafiyasının ön cərgəsinə çıxmalıyıq. Ssenari öz proektivliyi, mənalı məzmunu, fəlsəfı ümumiləşdirmələri, xalqımızın tarixi keçmişini göstərməsi ilə fərqlənir. Bizim milli yazıçılarımız tərəfindən yazılmış bu ssenari Komitədə (SSRİ Kino Komitəsi nəzərdə tutulur) razılıqla qarşılandı və çox kiçik düzəlişlərlə qəbul olundu. "Robinzon Kruzo"nu "Mosfilm"lə birgə çəkəcəyik. Bu, ilk stereoskopik kino olacaqdır. Çəkiliş qrupları artıq məlumdur...". "Fətəli xan" rejissorlardan A.İsgəndərov, M.Mikayılov operator Ə.İsmayılova tapşırılıb, digər operator isə dəvət olunacaqdır...".

1944-cü il avqustun 18-də kinostudiyanın bədii şurasında filmin rejissor ssenarisi müzakirə zamanı tənqid olunur. Rejissorlara düzəlişlər aparmaq tövsiyə edilir.

Yalnız bundan sonra filmin çəkilişinə icazə verilir. Baş rollara akyorlardan R.Əfqanlı (Fətəli xan) M.Novruzova (Tutu Bikə) başqaları təsdiq edilirlər. Bununla bağlı "Vışka" qəzetində dərc olunmuş "Bakı kinostudiyasında" məqaləsində deyilir: "Bakı kinostudiyasının pavilyonunda... böyük, tarixi "Fətəli xan" filminin çəkilişləri başlandı. Filmin quruluşçusu A.İsgəndərov, rejissoru A.Naroditskidir. Filmi baş operator Ə.İsmayılov operator A.Nərimanbəyov çəkirlər...". Lakin filmin istehsalı prosesində çəkilmiş materiallar sənətkarlıq baxımından nıərkəzin kino rəhbərlərini qane öyrətdiyi üçün SSRİ Kinematoqrafiya Nazirliyinin əmri ilə film 1946-cı ilin may ayında istehsalatdan çıxarılmış bütün xərclər silinmışdi.

İkinci dəfə "Fətəli xan"ın yenidən çəkilişlərinə 1947-ci ilin mart ayında başlandı filmin istehsalı həmin ilin sonunda başa çatdırıldı. Bu dəfə ssenarini M.Hüseyn Ə.Məmmədxanlı birgə yazmışdılar. Dekabrın 30-da filmin Azərbaycan variantı stüdiyaya təhvil verildi. Film ideoloji təbliğat əsəri kimi yaradılmışdı. Yəni burada SSRİ kıno rəhbərlərinin təkidi tələbi ilə Azərbaycanın Rusiya ilə birləşdirilməsi, bununla da ölkənin "İran Türkiyənin təcavüzü"ndən birdəfəlik xilas olması ideyası ön plana çəkilmişdi. Buna baxmayaraq, müəlliflər müəyyən dərəcədə əsas ideyadan uzaqlaşdıqlarına görə, eyni zamanda Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının qatıldığı, Azərbaycan Milli Hökumətinin devrildiyi bir vaxtda Fətəli xanın ekrandan gur səslə Azərbaycan vahid olmalıdır. Əgər birləşsək İran bizə qalib gələcək. Vətən - Ərdəbil, Təbriz dərd içindədir... Toya bütün xanları dəvət edəcəyəm. Həmin gün ittifaq barədə məsələ qaldıracağam. And içirəm ki, mənim həyatım sənə həsr olunub, “Azərbaycandeməsi, həmçinin filmboyu bunabənzər fikirlərin coşqunluqla səslənməsi, təbii ki, Moskvanı biganə qoya bilməzdi. Ona görə Azərbaycan kinematoqrafiya naziri Rəsul Rza Moskvadan Bədii Filmlər üzrə Baş İdarənin rəis müavini Babindən 14 noyabr 1947-ci il tarixdə yazılmış qısa bir məktub alır. Məktubda deyilirdi: "Fətəli xan" filminin vaxtında başa çatdırılması məqsədilə Baş İdarənin təklif etdiyi surətin SSRİ kinematoqrafiya naziri İ.Bolşakov tərəfindən təsdiq olunmuş rejissor ssenarisində ixtisarlar aparmalısınız". Lakin  R.Rzanın  göstərişi  ilə Bolşakova cavab məktubu yazılır filmdə heç bir dəyişiklik aparılmadığına görə "Fətəli xan" ekranlara buraxılmır.

1958-ci ildə 10 hissəli filmin 3 hissəsi kəsilib atılandan sonra o, yeni redaksiyada 1959-cu il mayın 1-də ilk dəfə olaraq kinoteatrlarda nümayiş etdirildi. 2002-ci ildə "Fətəli xan" filminin rus variantı aşkar olundu. Həmin lent hazırda Azərbaycan Film Fondunda qorunub saxlanılır.

 

Həftə içi.- 2007.- 20-22 yanvar.- S. 8.