Şəxsi arxivlərdə
saxlanılan
filmlər Dövlət
Film Fonduna
təqdim olunub
Azərbaycan Dövlət
Film Fondunun direktoru Cəmil Quliyevin "Səs"ə
verdiyi məlumata görə, bu il fond tərəfindən
bir çox tədbirlər həyata keçiriləcək.
Belə ki, 2007-ci ildə Azərbaycanın sənət aləmində rolu olan simalardan bir neçəsinin yubileyidir. Cəmil Quliyev qeyd etdi ki, yanvar ayının son ongünlüyündə respublikanın xalq artistləri Eldəniz Zeynalovun 70, Hacıbaba Bağırovun 75 illiyinə həsr olunmuş yubiley tədbirləri keçiriləcək. Bütün bunlarla yanaşı, yaxın bir zamanda Yalçın Əfəndiyevin 70, Gülbəniz Əzimovun 60 və digər sənətkarların yubileyləri fond tərəfindən təntənəli şəkildə qeyd olunacaq. Yubiley gecələrində Dövlət Film Fondunun arxivində saxlanılan filmlərdən kadrlar da nümayiş etdiriləcək. Cəmil Quliyev Azərbaycan kino və teatr aləmində nüfuz qazanmış sənətkarlarla yanaşı, dünya kino sənətinin tanınmış nümayəndələrinin də belə xatirəsinin anılacağını bildirdi. Fondda "Çarli Çaplinin kino salnamasi" adlı tədbirin keçirilməsi də planlaşdırılıb.
Fondun rəhbəri yaradıcılıq planları
ətrafında qısa
məlumatı qəzetimizə
çatdırarkən, onu
da vurğuladı ki, fondda fevralın
ilk on günlüyündə
mətbuat konfransı
keçiriləcək. Tədbiri keçirməkdə
məqsəd fonda yaxın bir zamanda daxil edilmiş
filmlər haqqında məlumat verməkdir. Şəxsi arxivlərdən
əldə olunmuş
"Müslüm Maqomayev",
"Ələsgər Ələkbərov"
kimi filmlər mətbuat nümayəndələrinə
təqdim olunacaqdır.
Səs.- 2007.- 19
yanvar.- S. 12.