Tahirə
Eminin “Halal pullar”ı
Rejissor Murad Dadaşovun
istedadına təəccüblənib
Azərbaycan kinosu
çətin günlərini yaşayır. Bu təkcə
Azərbaycanda peşəkar, istedadlı rejissorların,
aktyorların, operatorların, ümumiyyətlə, kino
birincilərinin olmaması ilə bağlı deyil. Azərbaycanda
yetərincə istedadlı rejissorlar da var, aktyor potensialı
da, texniki heyəti də.
Ən böyük problem ondadır
ki, bu gün
kino çəkmək
üçün maliyyə
imkanlarımız məhduddur. Gənc rejissor
Emin Mirabdullayevdən danışmaq fikrindəyik.
Əslində onu təqdim
etməyə yəqin
ki, ehtiyac yoxdur. Çünki klip sahəsində
onun imzası kifayət qədər özünə tamaşaçı
auditoriyası toplaya bilib. Eminin çəkdiyi kliplərin
hər birisi şou-biznes aləmində
və ümumiyyətlə,
klipmeykerlik sahəsində
rezonans doğurub.
Bu da yəqin
ki, Eminin rejissor istedadının göstəricisidir. Bir çoxlarından
fərqli olaraq Emin vizual görüntü
naminə klip çəkməyib və
ya plagiatlıq etməyib, təkrarçılığa
yol verməyib. Onun hər bir klipində
fərqli ideya, süjet xətti, rejissor yanaşması hiss
olunub. Fikrimizcə, klipmeyker kimi
o, son illər çəkdiyi
audio-vizual əsərlərində
çox çətin
üslublara müraciət
edib. Yəni işləməkdən yorulmayıb. Tənbəllik etməyib və rejissor imzasına hörmətlə yanaşmağa
çalışıb. Odur ki, Eminin film çəkdiyini eşidəndə
təəccüblənmədik. Çünki belə gəncin
istedadı heç vaxt boğula bilməz. Məlumatımızı bir qədər
də genişləndirmək
üçün rejissorla
əlaqə saxladıq.
Maraqlandıq ki, hazırda
söhbət hansı
filmdən gedir? Məlumat üçün qeyd edək ki, Eminin
ekranlaşdırdığı ilk tammetrajlı film "Halal
pullar" adlanır.
Rejissorun
sözlərinə görə,
filmdə Azərbaycanın
ən tanınmış
aktyor simalarını
görmək mümkündür.
Adıçəkilən ekran əsərinin
baş qəhrəmanı
Xalq artisti Ramiz Əzizbəylidir.
O, filmdə Rasim obrazını yaradır. Bundan əlavə bu ekran əsərində
tanınmış teleaparıcı
şoumen Murad Dadaşov, aktyorlardan Rəfael Dadaşov, Nuriyyə Əhmədova, Arif Quliyev, Gənclər
Teatrının aktyoru
Rəfael Əsgərov
və digərləri
çəkiliblər. Film isə aktyor həyatından bəhs edir. Ən maraqlısı isə
odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini
canlandırır. Yəni filmin
qəhrəmanı olan
Rasim (Ramiz Əzizbəyli) teatr rejissorudur. Ancaq teatr bağlandığından
rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən
fırıldaqçılıqla məşğul olmağa
başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən
çörəkpulu qazanmaq
üçün həmin
bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni həyatda olan
hadisələri görüb
həyatın səhnəsində
hərə öz rolunu oynayır. Rejissor tamaşaçıların
marağını öldürməmək
üçün filmin
ideyası barədə
məlumat versə də, ətraflı danışmaq istəmədi.
Yalnız onu deyək
ki, Emin Mirabdullayev komedik filmdə yalnız tamaşaçını
güldürmək məqsədini
qarşısına qoymayıb.
O, gülüşlə tamaşaçını
düşündürməyə üstünlük verib:
"Biz demirik ki, tamaşaçı ya mənasız yerə gülsün, ya da Hamlet kimi yas tutub ağlasın.
Yox, bizim məqsədimiz tamaşaçını məntiqi
baxımdan düşündürməkdir.
Yəni
o, gülərək də
hadisələrə yanaşıb
nəticə çıxarmağı
bacarsın".
Rejissor aktyor heyəti barədə məlumat
verərkən qeyd etdi ki, film çəkməzdən
öncə aktyor kimi kimə müraciət edibsə, heç kim ona etiraz etməyib.
Emin Mirabdullayev xüsusilə Murad Dadaşovun aktyor potensialı barədə ürəkdolusu danışdı:
"Sözün doğrusu,
mən yaxşı mənada Muradın aktyor bazasına, istedadına təəccüb
qalmışam. Onun yaratdığı
rol həqiqətən
böyük istedad tələb edirdi. Fikrimcə,
o, bu rolun öhdəsindən tam mənada
gələ bildi".
Qeyd edək ki, Murad
Dadaşov filmdə türk vətəndaşı
rolunu oynayır və restoran patronudur. Nuriyyə Əhmədovanın da aktyorluq dinamikasından
danışan Emin Mirabdullayev "Mən Nuriyyə xanımın aktrisa kimi istedadı
qarşısında baş
əyirəm. O, nəinki
Azərbaycan kinosunda, hətta dünya arenasında sözünü
deyə biləcək
bir sənətçidir.
Onun aktrisalıq istedadı dünya standartlarına cavab verə bilir. Həqiqətən bir rejissor kimi onunla işləməkdən
zövq aldım".
Maraqlandıq ki, filmin ssenari
müəllifi kimdir və texniki heyətdə daha kimlər çalışır? Film harada çəkilib?
Məlum
oldu ki, filmin ssenari müəllifi Elmar Kərimov və rejissoru özüdür.
Filmin operatoru isə Azərbaycan Kinostudiyasının
ən peşəkar, hətta veteran deyə biləcəyimiz operator Kənan
Məmmədovdur. Filmdə Emin
Mirabdullayevin ikinci rejissoru Kamran Məmmədovdur. Çəkilişlər isə müxtəlif məkanlarda aparılır.
Çəkilişdə göstərdiyi köməyə
görə rejissor Mədəniyyət və
Turizm Nazirliyinə də minnətdarlığını
bildirdi.
Rejissor söhbət zamanı həm də səmimi olmağa çalışdı. Bildirdi ki, film çəkmək klip çəkməkdən
qat-qat çətindir:
"Təsəvvür edin,
əgər 3-4 dəqiqəlik
bir klipi ərsəyə gətirmək
üçün rejissor
əməyi, fantaziyası,
əsəbləri nə
qədər tarımar
olursa, film çəkərkən
ikiqat zəhmət tələb olunur. Mən bilsəydim ki, film çəkmək bu qədər çətindir,
papağımı qarşıma
qoyub əvvəlcə
yaxşı-yaxşı fikirləşərdim.
Bilirsiz ki, bu gün
Azərbaycanda kino çəkmək istər
maddi, istərsə də texniki baxımdan çox çətindir. Ancaq şükür
ki, bu çətinliklər
arxada qaldı. Ən azı çəkiliş
meydançasında baş
verən maraqlı hadisələr və ümumiyyətlə, yaşadığımız
xoş təəssüratlar
bu çətinlikləri
unutmağa imkan verir".
Rejissor kliplə kino rejissoru arasında fərq barədə də danışdı. Bildirdi ki,
yerlə göy arasında fərq nə böyükdürsə,
klip-meykerliklə kino rejissorunun işi də o qədər fərqlidir. "Sözsüz ki, 5 dəqiqəlik kliplə saat yarımlıq kino işinə sərf olunan zəhmət də eyni deyil. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim
ki, kino sahəsində naşı
deyiləm. Bu illər ərzində kifayət qədər təcrübə toplamışam.
Uşaq yaşlarından Kinostudiyada
böyümüşəm. Oqtay Mirqasımov, Ceyhun Mirzəyev kimi istedadlı rejissorlardan nəsə öyrənməyə çalışmışam.
Onlarla çəkiliş meydançalarında
olub özümə təcrübə toplamışam.
Konkret olaraq isə mənim üslubumdan danışsaq, mən rus kino məktəbinin
qəlbinə uyğun
rejissor kimi çalışıram. Mənə elə
gəlir ki, dünya kino aləmində rus kino üslubu öz dəsti-xətti, maraqlı tərəfləri
ilə seçilib".
İlin-günün bu vaxtında kino çəkməyə
maliyyə vəsaiti ayırmaq hər kişinin işi deyil. Elə bu çətinliyi
nəzərə alıb
filmin sponsoru barədə məlumat öyrənməyə çalışdıq.
Rejissor bildirdi ki, filmin sponsoru
iş adamıdır.
Ancaq özü barədə məlumat vermək istəmir. Necə deyərlər, Azərbaycan
kinosuna olan sevgisi və marağı üzündən
filmə vəsait qoymağa razılıq verib. Filmin çəkilişləri 3 aya yaxın davam edib. Halal pullar "Emin" studiyasında hazırlanır.
Hazırda filmin montaj işlərinə başlanıb.
Yaz aylarına qədər fiimin səsləndirməsi
prosesi bitəcək.
Rejissorun sözləcinə
görə, filmin təqdimatı Heydər Əliyev adına
Sarayda gerçəkləşəcək.
Şərq.- 2007.- 23 yanvar.- S. 14.