Təranə

 

"Mücadilə" ekranlara cıxmağa hazırdır

 

 

Azərbaycan Televiziyasında "Azərbaycantelefilm YB"-də istehsal olunan 2 seriyalı "Mücadilə" müəllif fılminin montaj işləri başa çatıb. "İstiqlalın beşiyi" və "Yüksələn bayraq" filmlərindən ibarət olan "Mücadilə"nin bu yaxınlarda ekranlara çıxarılması planlaşdırılır.

Filmin ssenari müəllifı və quruluşçu rejissoru Nazim Rzanın qəzetimizə verdiyi məlumata görə, hər iki film 2 saat 5 dəqiqə davam edəcək. 1-ci fılm Azərbaycanda çar rejiminə qarşı istiqlal mücadiləsinin başlanmasının ilk illərindən, yəni 1905-1918-ci illəri əhatə edən bir dövrü əks etdirir. Həmin hadisələr əsasən Gəncədə baş verir.

2-ci film isə Azərbaycanın bütövlükdə erməni daşnakları, ingilis işğalçıları və Sentrokaspi diktaturasına qarşı mübarizə dövründən bəhs edir. 1918-20-ci illəri əhatə edən bu mübarizə dövrünə təkcə Azərbaycanın daxili mübarizəsi deyil, həmçinin diplomatik korpusumıızun Azərbaycanın beynəlxalq aləmdə faktiki olaraq tanınması uğrunda apardığı mübarizə də daxildir. Filmdə həmçinin İstanbul, Batum və Trabzon konfransları, eləcə də Paris sülh konfransındakı hadisələr, bolşevik Rusiyasının Azərbaycanı yenidən öz təsirinə salmasına qarşı Azerbaycan hökumətinin apardığı mübarizə əksini tapıb. Ümumiyyətlə, filmdə Azərbaycanın istiqlal mücadiləsinin keçdiyi bütün mərhələlər xronoloji ardıcıllıqla təsvir olunub.

Qeyd edək ki, müəllif janrında çəkildiyi üçün fılmin ssenari müəllifı Nazim Rza səsləndirir. Filmin quruluşçu operatoru Nəriman Şıxəliyevdir.

 

Kaspi.- 2007.- 16 yanvar.- S. 8.