"Yalan" filminə baxış keçirilib
Şərurda kinofilminin yaradıcı heyətinin
bir qrup üzvü bir araya gəlib
Şərur şəhərindəki "Bahar" kinoteatrında "Yalan" kinofilminin yaradıcı heyətinin bir qrup üzvü itə Şərur, Sədərək və Kəngərli rayonları mədəniyyət işçilərinin görüşü keçirilib.
APA-nın Naxçıvan bürosunun məlumatına
görə, tədbiri
giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və
Turizm Naziri Sarvan İbrahimov açaraq, kinonun inkişafı üçün
ölkəmizdə yaradılan
hərtərəfli şəraitdən,
göstərilən diqqət
və qayğıdan danışıb. Tədbirdə filmin quruluşçu rejissoru, əməkdar artist Ramiz Əzizbəyli,
baş rolların ifaçılarından əməkdar
artist Gülşad Baxşəliyeva, aktyorlardan
Vidadi Həsənov və Günel Məmmədova çıxış
edərək, filmin ideyası haqqında qısa məlumat verib, çəkiliş prosesi haqqında danışıb və göstərilən qonaqpərvərliyə görə
minnətdarlıqlarını bildiriblər. Sonda filmə baxış keçirilib.
Şərq.- 2007.- 19 yanvar.- S. 14.