Əfrasiyab Bədəlbəylinin 100 illik yubileyi haqqında

 

Azərbaycan Respııhlikası Prezıdentinin Sərəncamı

 

2007-ci ilin aprel ayında Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkar musiqişünas alim, ilk milli baletin müəllifi Əfrasiyab Bədəlbəylinin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan musiqi sənətinin inkişafı, tədqiqi təbliği işinə sanballı töhfələr vermiş Əfrasiyab Bədəlbəylinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Əfrasiyab Bədəlbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

llham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2007-ci il

 

Azərbaycan.- 2007.- 25 yanvar.- S. 1.