Səid Rüstəmovun 100 illik yubileyi haqqında

 

Azərbaycan Respııblikası Prezidentinin Sərəncamı

 

2007-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan xalq çalğı alətləri orkestrinin baş dirijoru bədii rəhbəri, professor Səid Rüstəmovun anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı təbliği sahəsində mühüm xidmətləri olan Səid Rüstəmovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.  Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar ittifaqı ilə birlikdə Səid Rüstəmovurı 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2007-ci il

 

Azərbaycan.- 2007.- 25 yanvar.- S. 1.