Alim Qasımov Fransanı valeh etdi

 

AzərTAC xəbər verir ki, tanınmış xanəndəmiz, oxuduğu muğamlar YUNESKO-nun Dünya Musiqisinin şah əsərləri siyahısına daxil edilən Alim Qasımov yanvarın 12-də Strasburq yaxınlığındakı Bixheym yaşayış qəsəbəsində konsert verib.

Özünəməxsus ifa tərzi ilə fransız musiqisevərlərinə yaxşı tanış olan A.Qasımov muğam xalq mahnıları oxuyub. Azərbaycanlı xanəndənin hər çıxışı sürəkli alqışlarla qarşılanıb. Saat yarıma nəzərdə tutulmuş konsert proqramı iki saatdan artıq davam edib.

Konsertdə xanəndəni Ələsgər Məmmədov (tarda), Rauf İslamov (kamançada) Natiq Şirinov (nağarada) müşayiət ediblər. Konsertin yüksək səviyyədə keçməsində Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"cəmiyyəti xüsusi fəallıq göstərib. Cəmiyyət qədim zəngin Azərbaycan musiqisi, muğamlarımız xanəndə A.Qasımovun ifaçılığı barədə geniş təbliğat işi aparıb.

Tamaşaçıların əksəriyyəti fransızlardan ibarət olan konsertdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun nümayəndələri tələbələrimiz olublar. Xatırladaq ki, bu, A.Qasımovun Alzas bölgəsinə üçüncü səfəridir.

 

Paritet.- 2007.- 16-17 yanvar.- S. 12.