Ayxan

 

Uşaq Xor kollektivlərinin müsabiqəsi yekunlaşıb

 

Mədəniyyət və Turizm Nazirliyinin Uşaq Xor Kollektivləri arasında keçirdiyi mahnı müsabiqəsi yekunlaşıb. Nazirliyin musiqi sektorunun müdiri Fərəh Əliyevanın sözlərinə görə, müsabiqədə 41 əsər iştirak edib:

"Belə bir müsabiqə ilk dəfədir ki, keçirilir. Layihəyə indiyədək heç yerdə səsləndirilməmiş əsərlər qatılmışdı. Münsiflər heyəti əsərləri qiymətləndirdikdən sonra əsərlərin müəlliflərinin adları elan olundu." Daha sonra müsabiqənin nəticələri barəsində danışan sektor müdiri bildirdi ki, birinci yerə layiq görüləcək əsər olmayıb. İkinci yerə xor kollektivləri ilə işləyən Faiq Nağıyev, İlham Abdullayev, üçüncü yerə Rəna Qədimova, Adilə Yusifova, Azər Dadaşov layiq görülüblər. Gənc musiqiçilər Firidun Allahverdi, Nərminə Nağıyeva və Lalə Cəfərova isə həvəsləndirici mükafatlarla təltif olunublar.

 

Ekspress.- 2007.- 26 yanvar.- S. 13.