Babəlioğlu C.
Sevda
Ələkbərzadənin
“Şəbu hicran”ı
Müğənni albomunu
möhtəşəm təqdimat düzənləyib
Həftə sonu Sevda
Ələkbərzadə "Şəbu-Hicran" adlı
albomunu təqdim etmək üçün
sənətsevərləri başına topladı. İki ilə ərsəyə gələn
bu albomun yolunu mətbuat işçiləri ilə
müğənni özü
də həsrətlə
gözlədiyini söylədi.
Müğənni gələn
qonaqları albomda yer almış mahnıları ilə salamladı. Konsert zamanı Sevdanı Natiq ritm qrupu
ilə yanaşı,
"Bəri bax" vokal qrupu da
müşaiyət edirdi.
Toplunun üzərində 20-dən çox musiqiçi çalışıb.
Albom 12 mahnıdan ibarət CD şəklində
işıq üzü
görüb. Bundan əlavə, albomda Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən
"Şəbu hicran"
adlı solo-konsertinin
DVD versiyası yer alıb. Diskdə bəstəkarlardan Fikrət
Əmirovun, Cahangir Cahangirovun, Tələt Eyyubovun bəstələri
ilə yanaşı, xalq mahnıları da yeni oranjimanda
təqdim olunub. Sevda CD-yə daxil olan mahnıların Azərbaycan Dövlət
Filarmoniyasının studiyasında
yazıldığını söylədi. Azərbaycanda ilk
dəfə olaraq, həm görünüş, həm səslənmə,
həm də keyfiyyət baxımından fərqlənən,
xaricdə hazırlanmış bu diskin dizaynının Flexible
Solutionsa məxsus olduğunu bildirib. Qeyd edək ki, SD və
DVD-də yer alan kitabçada isə tənqidçi Cahangir
Səlimxanovun Sevda Ələkbərzadənin musiqi dünyasından
bəhs etdiyi yazı 5 dildə - Azərbaycan, rus, ingilis,
fransız və alman dillərinə tərcümə olunaraq,
topluya daxil edilib. Xatırladaq ki, iş adamı Nazim Abdullayevin
dəstəyi ilə işıq üzü görən
"Şəbu hicran" albomu 3000 tirajla buraxılıb
və Avropa ölkələrində də satışa
çıxarılacaq.
Yeni Azərbaycan.- 2007.- 30 yanvar.- S. 8.