Behbuqızı S.

 

12  günlük balet

 

Yaxud Cavanşir Quliyevin planları, arzuları və imkanları

 

 

Ötən il pedaqoji fəaliyyətlə məşğul olmaqdan ötrü müqavilə ilə Şimali Kipr Respublikasında çalışmağa başlayan bəstəkar Cavanşir Quliyev bir neçə günlüyə Bakıya gəlib. C.Quliyev Quzey Kıprıs Respublikasının Yaxın Doğu Universitetinin səhnə sənəti fakültəsinin professorudur.

"Həftə içi"nin nıüxbiri ilə söhbətində o bildirdi ki, Quzey Kıprıs Cümhuriyyətində "Oğuznamə" adlı balet üzərindəki işini artıq tamamlayıb. Hazırda baletin tamaşaya qoyulması mərhələsi başlayıb. Hələlik dəqiq məlum deyil ki, "Oğuznamə" tamaşaçıların mühakiməsinə nə vaxt veriləcək. Növbədə isə "Şəhriyar" kantatasıdır. İş elə gətirdi ki, Türkiyədə yaşayan cənublu soydaşımızın xahişi ilə mənim bu dahi şairə musiqi əsəri həsr etmək kimi çoxdankı istəyim üst-üstə düşdü. Həmyerlimiz Məhəmməd Şəhriyan əsərlərini mənə təqdim etməklə bu işə böyük köməklik etmiş oldu". Artıq kantatanın lıazırlıq mərhələsinə başlamışam".

Cavanşir Quliyevin yaradıcılıq planla bununla bitmir. Akademik musiqi sahəsində onun meydana çıxarmaq istədiyi növbəti mövzu böyük tufan Nuhun gəmisi ilə bağlı əfsanə    rəvayətlərdir.   C.Quliyev: "Balet elə belə adlanacaq "Tufan".  Librettonun müəllifi vaxtilə təkrarsız şairə Anna Axmatovanın Rusiyanın 5 ən yaxşı gənc şairi sırasında adını çəkdiyi Alla Axundovadır".

Cavanşir müəllim daha böyük planlarından uzaq perspektivdən bəhs edərək dedi ki, ən böyük arzularından biri incəsənət tarixində ən uzunmüddətli əsərlərdən birini bəstələməkdir. 12 gün davam edəcək balet tamaşasının süjetini C.Quliyev "Kitabi-Dədə Qorqud" dastanı üzərində qumıağı nəzərdə tutub - hər gün eposun bir boyunun tamaşası. C.Quliyev: "Ola bilər ki, bu baletin yazılmasına qalan ömrümün hamısı sərf olunsun. Amma ümid edirəm ki, arzuma çata biləcəyəm".

Bildiyiniz kimi, son zamanlar Dədə Qorqudun şəxsiyyəti onunla bağlı hadisələrə fərqli, daha doğrusu, hərtərəfli baxışlar yaranıb. Bizimlə söhbətində Cavanşir müəllim vurğuladı ki, bu baletlə bağlı niyyətlərini gerçəkləşdirmək ona nəsib olsa, sırf dastandan doğan mətləbləri əsas tutaraq ordakı hadisələrin ardıcıllığını saxlamağa çahşacaq.

Söhbətimizin sonunda bəstəkar kantata baletlərinin Azərbaycan səhnəsində ifa edilməsini, təbii ki, çox istediyini qeyd etdi: "Təəssüf ki, çox zaman istəklə imkan şəraitin düz gəlməyi müşkülə çevrilir..."

 

Həftə içi.- 2007.- 30 yanvar.- S. 8.