Cahangir Cahangirovun arxivi yaradılıb
Böyük Azərbaycan bəstəkarı,
Xalq artisti Cahangir Cahangirovun da arxivi yaradılır. Mərhumun
qızı Aidə xanım atasının sənədlərini Salman
Mümtaz adına
Ədəbiyyat və
İncəsənət Arxivinə
təqdim edib. Arxivin rəhbəri Maarif Teymurun
sözlərinə görə,
sənədlər sənətkarın
xalq və bəstəkar mahnıları
əsasında yaratdığı
not əlyazmalarından ibarətdir.
Qəbul olunan sənədlər arasında
onun fotoşəkilləri,
xatirələri, bir çox şəxslərlə
yazışmaları var. M.Teymurun
sözlərinə görə,
fotoşəkillərdə Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Süleyman Ələsgərovun
və başqalarının
rəsmləri yer alıb. Yazışmalar isə
C.Cahangirovun Azərbaycan
və rus bəstəkarları ilə
apardığı müzakirələrdən
ibarətdir.
Ayna.- 2007.- 20 yanvar.- S. 21.