Tarzən
Əyyub Quliyev Polşada konsert proqramı ilə
çıxış edib
Polşanın
tanınmış konsert salonlarından birində tarzən
Əyyub Quliyevin konserti olub. Tarzənin atası,
xalq artisti Ramiz Quliyev bildirib ki, konsert proqramında İlk
dəfə olaraq Azərbaycan bəstəkarının əsəri
səslənib. Polşa Dövlət
Simfonik Orkestrinin müşayiəti ilə baş tutan
konsertdə Əyyub Quliyev Qara Qarayevin "Leyli və Məcnun"
və Çaykovskinin "Romeo və Cülyetta" əsərini
ifa edib. Proqramın ikinci hissəsində Əyyub
Quliyev Belarus Dövlət Xor Kapellası ilə birgə
çıxış edib.
Yeni Azərbaycan.- 2007.- 13 yanvar.- S. 8.