İbrahimova S.
Belostok Filarmoniyasında
tar konserti
Sənət ocağının rəhbəri azərbaycanlı ifaçı üçün xüsusi konsert proqramı təşkil edib
Bu günlərdə Tehranda keçirilən XXII Beynəlxalq Musiqi FestivaIından qayıdan ьəşhur tarzən Ramiz Quliyev yeni səfərə hazırlaşır. Qeyd edək ki, 10 gün davam edən beynəlxalq musiqili layihədə tarzən "Qızıl cəng" rəqs qrupu ilə birgə təmsil olunub.
R.Quliyev Tehrandan yeni tэklif aldığını
bildirdi.
Sonuncu festivaldan
məmnun qalan tarzən yeni təklifı məmnuniyyətlə
qəbul etdiyini deyib: "Tehrandakı festivaldan razı qaldım. Bizim çıxışımız
olan gün zalda əsl anşlaq yaranmışdı.
Mən bilirəm ki, Tehrandakı soydaşlarımızın
bizə ehtiyacı
var. Onlar üçün
həmişə milli
musiqilərimizi ifa etməyə hazırıq".
R.Quliyevin sözlərinə görə,
Tehranda növbəti çıxışı Novruz
bayramı ərəfəsində
baş tutacaq. Musiqili layihədə
Azərbaycanla birgə
40 ölkənin solistləri
iştirak edəcəklər.
Böyük konsertdə simfonik
orkestrin tərkibində
Azərbaycanı R.Quliyev
təmsil edəcək.
Onu da qeyd edək
ki, yanvarın ikinci ongünlüyündə
Polşanın Belostok
şəhərində Podlaziya
Opera və Filarmonik Orkestri ilə birgə konsert verən tarzən R.Quliyevin oğlu Əyyub Quliyev yenidən konsert təklifı alıb. Bu barədə
məlumat verən Ə.Quliyev konsertdə P.Çaykovskinin "Romeo ve
Cülyetta" uvertura
- fantaziyasını, ilk dəfə
olaraq Qara Qarayevin "Leyli və Məcnun" simfonik poemasını və C.Puççininin
xor, orkestr və solistlər üçün "Messa
di Gloriya" əsərini səsləndirdiklərini
deyib: "Sonuncu əsəri biz Belarusun Şirrna adına
Dövlət Xor Kapellası ilə ifa edirdik. Konsertimiz böyük
maraqla qarşılandı.
Xüsusilə orkestrin üzvləri
və dinləyicilər
Qara Qarayevin musiqisinə çox isti münasibət göstərdilər. Konsertdən sonra
Ə.Quliyev onu da bildirdi
ki, Belostok Filarmoniyasının direktorundan
daha bir yaradıcılıq təklifı
gəlib. Budəfəki proqram onun atası
R.Quliyevlə birlikdə baş tutacaq: "Filarmoniyanın direktoru Marçin Niselovski milli musiqimiz, xüsusilə milli alətimiz olan
Kaspi.- 2007.- 25 yanvar.- S. 8.