Qocayeva A.

 

Hər bir sənətçinin öz dəst-xətti olmalıdır

 

Oxuyur Səmayə Hüseynova... Vaxtilə bu adın sədası ekran-efir dalğalarından, respublikamızın bütün bölgələrindən, bir sıra xarici ölkələrin iri konsert salonlarından tez-tez eşidilərdi. Bu etanın arxasınca Səmayə xanımın şirin, məlahətli səslə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçı və dinləyicilərin könlünü oxşayırdı. Lakin uzun illərdir ki, dinləyicilər bu ecazkar səsin yenidən eşidiləcəyi intizarı ilə yaşayırlar. Səhnədən nə üçün belə tez ayrıldığının səbəbini öyrənmək məqsədilə Səmayə xanımın qonağı olduq.

-  Səmayə xanım,   sənət yolunuzun ən yaddaqalan anlarını bir də vərəqləmənizi istətdik.

- Mən Balakən rayonunda anadan oluşam. Həyatı başa düşən vaxtımdan muğam, xalq bəstəkar mahnılarına maraq göstərmişəm. Rübabə Muradova,Şövkət Ələkbərova, Sürəyya Qacar, Fatma Mehrəliyeva, Zeynəb Xanlarova kimi sənətkarların  gözəl ifalarını  dinlədikcə sanki özümü unudur, mən onlar kimi olmaq istəyirdim. Lakin anam qətiyyən buna razı deyildi. Eşitdiyim mahnı muğamların sözlərini çoxvərəqli dəftərlə  yazaraq əzbərləyirdim. Anam isə onları oda atıb yandırırdı. Əlacsız qalıb sözləri divarlara yazırdım. Orta məktəbdə təhsil aldığım illərdə tədbirlərin birində "Bahar olsun" mahnısını oxudum alqışlarla qarşılandım. O vaxtdan tədbirərdə müxtəlif janrlı mahnılarla yanaşı, “Qatar", “Şahnaz" muğamlarını, “Mirzə -Hüseyn" segahını ifa etməyə başladım.7-ci sinifdə oxuyarkən rayonumuzda musiqi  müsabiqəsi  keçirildiyini  eşitdim. Birtəhər evdən çıxdım, həmin müsabiqədə iştirak edib "Qatar" muğamını oxudum müsabiqənin qalibi oldum. Anamın qorxusundan qəzetdə bu haqda yazılan məqalədə soyadımı  "Hüseynov" yazdırdım.

- Sizi bu yoldan çəkindirmək məqsədilə orta məktəbi bitirən kimi ərə verdilər.

- Bəli, 6-cı sinifdə oxuyanda nişanladılar, məktəbi bitirən kimi ərə verdilər biz Mingəçevir şəhərində yaşamağa başladıq. Buna baxmayaraq, bir muğam ya mahnı eşidən kimi ürəyim nanə yarpağı kimi əsir, quş kimi çırpınırdı. Bir gün yoldaşım məni Mədəniyyət evi özfəaliyyət kollektivinin konsertinə apardı. Bakıdan sənətçilər gəlmişdilər yaxşı oxuyanlara mükafatlar verirdilər. Salonda əyləşərək ifaçılara qulaq asır, sözləri, musiqini təhrif etmelərinə dözməyərək yoldaşımdan mənə səhnəyə çıxmağa icazə verməsini xahiş edirdim. Nəhayət, istəyimə çatdım. Qrim otağında bir neçə dəqiqə məşq edəndən sonra səhnəyə çıxaraq "Qatar" muğamını oxudum. Salonu alqış bürüdü. Bu ifadan sonra məni Mədəniyyət evinə işə götürdülər.

- Beləliklə, siz Mədəniyyət evində işə düzələrək mingəçevirlilərin ilk Leylisi oldunuz.

- 1963-cü ildə Mədəniyət evində fəaliyyətə başladım. 6 aya "Leyli Məcnun-"u hazırladıq. Həmin ildən 1968-ci ilə kimi mən mingəçevirlilərin ilk Leylisi oldum. Bu yolla ifa etdiyim muğam, xalq bəstəkar mahnıları ilə respublikamızın bütün bölgələrini gəzərək konsertlər verir, tamaşalar göstərirdik. Hər yerdə anşlaqla qarşılanır, yeni-yeni dəvətlər alırdıq.

- Azərbaycan Dövlət Filarmoniyasında keçirilən müsabiqə həyatınızda yeni bir dönüş oldu...

- 1966-cı ildə Filarmoniyada muğam xalq bəstəkar mahnıları ifaçılarının 3 turdan ibarət respublika müsabiqəsi keçirilirdi. Səhhətimlə bağlı iki turda iştirak edə bilmədim, 3-cü tura isə Cahangir Aslanoğlunun köməkliyi ilə qoşula bildim. Münsiflər heyətində Əhməd Bakıxanov, Cahangir Cahangirov, Niyazi, Emin Sabitoğlu, Sürəyya Qacar, Hacı Xanməmmədov, Şövkət Ələkbərova, Ağası Məşədibəyov kimi böyük sənətkarlar əyləşmişdilər. Mən həyəcan içərisində "Şahnaz" muğamını, "Sevgilim", "Gözəl" xalq mahnılarını, "Ay qız" ritmik, "Xətrinə dəymərəm" lirik mahnılarını ifa etdim. Beləliklə, 500 müsabiqə iştirakçısı arasında 4 nəfər- Teymur Mustafayev, Əyyub Xəlilov, Mürşüd Abbasov mən qalib elan olunduq. 1966-cı il iyulun 4-5-də Filarmoniyada müsabiqədə bəyənilən gənc xanəndələrin iştirakını  konsertin qeydiyyata salınmağını xahiş etdi.Beləliklə, Filarmoniyada işə düzəldim. Elə o vaxtdan da qastrol səfərlərimiz başlandı. İlk bir aylıq qastrol səfərirm məşhur xanəndəmiz Yaqub Məmmədovla oldu. Sonralar Sara Qədimova, Mütəllim Mütəllimov, Tükəzban İsmayıiova, Habil Əliyev, İldırım Həsənov, Raziyə Şirinova digər sənətkarlarla qastrol səfərlərində olduq, Azərbaycanı qarış-qarış gəzərək saysız-hesabsız konsertlər verirdik. Bir sıra xarici ölkələrdə, o cümlədən Çexoslovakiya, Almaniya, Macarıstan, Özbəkistan digərlərində aylarla konsertlər verirdik. 1978-ci ildə bizi Azərbaycan Konsert Birliyinə keçirdilər 1992-ci ilə kimi orada fəaliyyət göstərdim. Bu birlik dağıldığına görə hərəmiz birtərəfə getdik. 1992-ci ildən "Sönməyən ulduzlar" Assosiasiyasıın üzvüyəm burada sənətimi davam etdirirəm. Eyni zamanda, yaddaqalan obrazlar yaradıram. Ü. Hacıbəyovun "Ər arvad" tamaşasında Xanəndə qız sevə-sevə yaratdığım obrazlardandır.

-  Səmayə xanım, dönüb geriyə baxanda nələrə heyfsilənirsiniz?

Sənətimizlə tanınmışıq, sevilmişik, incəsənətə öz töhfəmizi vermişik. Radionun qızıl fondunda mənim ifamda saysız-hesabsız muğam , xalq bəstəkar mahnıları saxlanılır.

Heyfsilənirəm ki, neçə illər bir yerdə çalışdığımız məşhur sənətkarların əksəriyyəti dünyalarını dəyişiblər.

- Sənətdə olduğunuz vaxtlar heç fonoqrama mikrofonla oxuduğunuz vaxtlar olubmu?

- Elə şeylər bizdən uzaq olub. Əsl sənəti olmayanı heç səhnəyə buraxmazdılar. Biz sənətçilərə Q. Qarayev, F. Əmirov, maestro Niyazi, Xan Şuşinski, Rübabə Muradova kimi böyük sənətkarlar qulaq asırdılar öz məsuliyətimizi dərk edirdik. Səhnəyə yarıçılpaq çıxmaq, sözləri musiqini təhrif etmək, ələ mikrofon götürmək, ağzı açıb yummaqla fonoqrama ilə oxuyub tamaşaçını aldatmaq ağlasığmaz idi. Belə neqativ halları görüb əsəbləşməmək üçün mən rəsmi dövlət xəbərlərindən başqa heç bir konsertə baxmıram. Hər bir sənətçi mədəniyyətə öz layiqli töhfəsini verməklə onu zənginləşdirməli, öz izini, dəst-xəttini qoymalıdır.

 

İki sahil.- 2007.- 11 yanvar.- S. 6.