Musiqi əsərlərimiz Polşada səsləndi

 

Gənc tar/ən Əyyub Quliyev atası, xalq artisti Ramiz Quliyevin yolu ilə gedərək Azərbaycan tarınm qüdrətini dünya dövlətlərində tanıtmağa çalışır.

Yadımızdadır ki, hələ neçə il bundan əvvəl istedadlı uşaqlarla birgə balaca Əyyub da Prezident təqaüdü alanla-rın siyahısında idi. Sevindirici haldır ki, indi də həmyerlimi-zin sorağı ölkəmizdən çox-çox uzaqlardan - Polşadan gəlir. Polşanın tanınmış konsert salonlarının birində Polşa Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Əyyub Quliyev Üzeyir Hacıbəyovun, Qara Qarayevin və Çaykovskinin əsərlərini səsləndirlb. Proqramın ikinci hissəsində isə Ə.Quliyev Be-larus Dövlət Xor Kapellası ilə birgə çıxış edib.

Polşalı musiqisevərlər Azərbaycan tarzəninin konsertini maraq və rəğbətlə qarşılayaraq onu dəfələrlə alqışlayıblar.

 

Azərbaycan.- 2007.- 17 yanvar.- S. 6.