Maestro Ceyhun konsert verdi

 

İradə İbrahimova onun konsertinə gəlmədi

 

Ötən gün maestro Ceyhun öz pərəstişkarlarını   Heydər Əliyev adına Saraya toplayaraq, 2007-ci ildə bu məkanda keçirilən ilk konsertə imza atdı. Konsertdə milli, klassik müasir üslubda  musiqilər ifa edən maestronu 16 nəfərdən ibarət musiqiçi heyəti müşaiyət edirdi.

Sadə dekorasiyalar qurulmuş səhnədə çıxış edən musiqiçi özünü təkcə skripkaçı deyil, həm pianoçu kimi göstərməklə tamaşaçıları təəccübləndirərək fortepianoda da bir neçə kompozisiya ifa etdi. Belə kompozisiyalardan birini, o, mərhum prezident Heydər Əliyevə ithaf etdiyini bildirdi.

Səbəbkarı təbrik etməyə dəvət olunan sənət dostları - Ədalət Şükürov, Röya, rəqqasə Məryəm Süleymanova, Lalə Məmmədova, Rafael Coşqun, Nadir Qafarzadə gəlmişdilər. Lakin dəvətlilərdən gəlməyənlər vardı. Maestronun çox zaman birgə işlədiyi "Qala" qrupu İradə ibrahimova naməlum səbəblərdən onun gözünü yolda qoydular.

Bu kimi məqamlara, eləcə zaldakı yerlərin müəyyən qisminin boş qalmasına baxmayaraq, səbəbkar konsertdən sonra öz təəssüratlarını bizimlə bölüşərkən heç bir şeyə görə ruhdan düşmədiyini bildirdi hətta özünü Əməkdar artist Faiq Ağayevlə müqayisə etdi. "Mən musiqiçilər arasında öndərəm. Çalğıçılar arasında Heydər Əliyev adına Sarayda ilk dəfə solo-konsert vermək mənə nəsib oldu. Bu ilk təcrübədir, yəqin ki, gələcək konsertlərim bundan daha maraqlı olacaq. Çox güman ki, bu konsertlərdə mənim öz yetişdirmələrim çıxış edəcəklər", - deyə musiqiçi, deyəsən, öz məktəbini yaratmaq istəyir. Bəlkə o, iki il öncə Hollivudda keçirilən "Səhnə incəsənəti" müsabiqəsində dünya birinciliyi qazandığı üçün özünü korifeylər cərgəsində görür?..

 

Reytinq.- 2007.- 7 yanvar.- S. 24.