Musaqızı L.
"Bu,
türkcülüyə qarşı təxribatdır"
Sənətkarlarımız
Türkiyədə "Sari gəlin"in
erməniləşdirilməsini belə qiymətləndirir
Ötən əsrdə
əcnəbi jurnalistlərinin yazılarından birində
ermənilərə dirilərindən çox
ölülərinin sərf etdiyini yazmışdı. Ötən
həftə Türkiyədə baş verən olay bunun
həqiqət olduğunu sübut etdi. Bəlkə də
Türkiyədə qətlə yetirilən erməni jurnalisti
Hrant Dink sağkən ermənilərə bu qədər xeyir
verməmişdi. Bizi isə bütün dünyaya səs salan
bu olayın başqa
tərəfi maraqlandırır. Hrant Dink olayında “Sarı
gəlin” də ermənilərin "oldu". Özü də
Türkiyənin hakim Ədalət və İnkişaf
Partiyasının
nümayəndələri onu anma mərasimində Dinkin
şərəfinə "Sarı gəlin"i səsləndirdilər
və Türkiyə mətbuatında dönə-dönə
"Dink" erməni türküsü olan "Sarı gəlin'lə uğurlandı" dedilər.
Ürək ağrıdan fakt olsa da, bunu televiziya ekranlarından hamımız
müşahidə etdik. Maraqlıdır,
bizmi mahnılarımıza sahib çıxa bilmirik, yoxsa
ermənilər hətta Türkiyədə də o qədər
güclüdürlər ki, türklərə belə
"Sarı gəlin"in onların olduğunu subut
etdilər.
"Sarı
gəlin"in ilk orenjemançısı Faiq Sücəddinov
ermənilərin bu hərəkətinə
hamımızın alışqan olduğunu bildirdi: "Bu
mahnı xalq mahnısıdır və 1970-ci ildə ilk
orenjemanı da mən etmişəm. "Sarı gəlin"
bizimdir və buna nöqtə qoymaq lazımdır".
F.Sücəddinov
Türkiyədəki demokratiyanı başa düşə
bilmədiyini də vurğuladı: "Mən belə
demokratiyanı başa düşə bilmirəm. Necə ola bilər ki, qatili ölkəndə
saxlayasan. Hrantı çoxdan ölkədən
qovmalı idilər.
Əgər vaxtında qovsaydılar,
heç belə bir hadisə də baş verməzdi. Bəlkə də ermənilər
bunu özləri ediblər, çünki belə işlərdə mahirdilər".
Türkiyədə belə
bir olayın baş verməsinin arzuolunmaz olduğunu deyən bəstəkar qardaş ölkədə
mahnılarımızın anonim şəkildə təqdim olunmasına da münasibət bildirdi: "Bu, düzgün
deyil, axı. Müəllif Hüquqlarına görə, həmin məsələni Türkiyəyə
gedib həll etmək lazımdır.
Bu gün musiqilərimiz
bir balaca yiyəsiz qalıb".
Musiqi Akademiyasının
rektoru Siyavuş Kərimi ermənilərin
nəinki mədəniyyətimizi,
əsərlərimizi, mətbəximizi
də oğurladıqlarını
və bu günədək də fəaliyyətlərini davam
etdirdiklərini dedi:
"Bunun qarşısını
almaq üçün
özümüzü təbliğ
etməliyik. Beynəlxalq aləmdə çox
fəal olmalıyıq.
Durub kiməsə "oxuma"
deyə bilmərik.
Dünyaya sübut etməliyik
ki, erməni oğrudur". Muğamlarımızın
mahir ifaçısı
Mənsum İbrahimov
"Sarı gəlin"in
Türkiyədə erməni
mahnısı kimi təqdim edilməsini təxribat adlandırdı:
"Bu, azərbaycançılığa,
türkçülüyə qarşı təxribatdır.
Belə olayların qarşısını
almaq üçün
düzgün təbliğat
aparmalıyıq. Ermənilər bir nəfərin ölümünə görə
o səviyyədə hay-küy
qaldırdılar, bütün dünyanın diqqətini özlərinə cəlb
etdilər. Bizsə minlərlə
şəhid vermişik,
heç Xocalı genosidini dünyaya bu qədər təbliğ edə bilmirik. Ermənilərdən bu sahədə nümunə götürməliyik.
Millətimizin haqq səsini dünyaya çatdıra, təbliğatımızı düzgün qura bilmirik. Bunu hamımız -
KİV-imiz, ziyalılarımız
etməlidir, harada imkan varsa, orada mübarizə aparmalıyıq, sözümüzü
deməliyik".
Tarzən Ramiz Quliyev ermənilərin xalq mahnılarımızla
yanaşı, bəstəkar
mahnılarımızı da
zaman-zaman oğurladıqlarını
bildirdi: "Ancaq necə ifa etsələr
də, dinləyən
adam bilir
ki, bu, onların
mahnısı deyil. Çünki şur muğamını
heç kəs şuru yaradandan yaxşı ifa edə bilməz. Milli alətlərimizi belə ermənilər özününküləşdirirlər.
Bir də görürsən erməninin bir tütək çalanı,
yaxud adi balabançalanı xeyriyyəçilərinin
vasitəsilə dünyaya
çıxır. Biz də bir-birimizi sancmaqla yox, bir-birimizə əl verib arxa olmaqla
irəli gedə, musiqilərimizə sahib çıxa
bilərik. Onda heç
kəs cürət edib musiqilərimizi oğurlaya bilməz.
"Sarı gəlin"
şur muğamıdır.
Ermənilərdə isə muğam
yoxdur".
Türklərin “Sarı
gəlin”i erməni musiqisi kimi təqdim
etməsinə gəlincə,
Ramiz Quliyev hesab edir ki,
kimisə son mənzilə
yola salanda adamın gözünün
qarşısına bir
Allah gəlir, bir də qarşıda gedən ruh: "Sarı gəlin" də Allahla ruh arasında körpü, vasitədir. Bu o qədər ürəyəyatımlı
bir mahnıdır ki, hüzn yerlərində
oxuyurlar. Ayılanda isə
görürlər ki,
kimin üstündə,
kimin musiqisini oxuyublar. Belə başa düşürəm
ki, Türkiyədə
ermənilərin Azərbaycandan
oğurladıqları "Sarı gəlin"i deyil, Azərbaycan "San gəlini"ni oxuyublar".
Üç nöqtə.- 2007.- 26 yanvar.- S. 8.