Qaliboğlu E.
20 yanvar faciəsi rəssamlıqda
öz ifadəsini necə
tapıb?
20 Yanvar faciəsinin baş verməsindən artıq 17 il ötür. Bu müddət ərzində faciə mövzusunda çox danışılıb, bu və ya digər şəkildə incəsənətin müxtəlif janrlarında o öz ifadəsini tapıb. Ümumiyyətlə, XX yüzildə tarixin eiə bir vədəsi yoxdur ki, Azərbaycanın başına fəlakətlər gəlməsin. Bu, xüsusi söhbətin mövzusudur ki, hər bir millət faciəni necə qarşılayır. XX əsrin siyasi düzənində Azərbaycan kimi ölkələrə münasibət hədsiz antiinsani oldu. Milli kimliylərimzin, varlığımızın təsdiqi yönündə çoxlu qurbanlar verdik. 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti Sovet Rusiyasının hücumu nəticəsində süqut etdikdən sonra Azərbaycan 70 il ərzində ardıcıl olaraq itirdi. 20 Yanvar bu faciələrimizin zirvəsidir.
Bu yazımızda rəssamlıqda sözügedən faciənin nə dərəcədə ifadə olunmasını araşdırmağa çalışacağıq. Mövzu barədə qənaətlərini bildirən tanınmış rəssam Fəxrəddin Əli 20 Yanvarla bağlı xeyli əsərin müəllifidir. O, faciə mövzusunun klassik dünya rəssamlığında daim aparıcı olduğunu bildirir: "İntibah dövrü rəssamların yaradıcılığında faciə mövzusuna xüsusi diqqət olub. Rəfaelin, Leonardo Da Vinçinin və başqalarının irsində insan faciəsi xüsusi şəkildə araşdırılıb".
Xəlqi faciələrimizin sənətdə ifadəsi məsələsinə gəlincə, F.Əli ümumən Azərbaycan rəssamlığında bu mövzunun hələ də kifayət dərəcədə rəssamlarımızın qanına, canına hopmadığnı bildirir: "Xalqımızın böyük qəhrəmanı Babək Xürrəmidin azadlıq uğrunda apardığı mübarizəyə görə həmişə onun şəxsiyyətinə böyük sevgi ilə yanaşmışam. 1969-cu ildə Babəkə həsr olunmuş 2 metr eni, 3 metr uzunluğunda qobelendən təsvirini yaratdım. Babək xalqımızın azadlığı uğrunda mübarizədə canını qurban verib. Hazırda həmin əsər İncəsənət Universitetində saxlanılır. Babək möhtəşəm duruşu ilə iki əlində tutduğu qılıncı göyə qaldırmış vəziyyətdə təsvir edilib. Ətrafında isə tərəfdarlarının rəsmləri var. Bu əsər mahiyyətcə xalça kimi toxunmuşdu. Əsər olduqca gözəl alınmışdı. Bu əsəri diplom işi kimi yaratmışdım. Sonra bunu Moskvaya göndərdilər. 1969-cu ildə SSRİ miqyasında ali rəssamlıq məktəbləri tələbələrinin diplom işi müsabiqəsində ikinci yeri tutdum. Birinci yeri ənənəvi olaraq Lenin mövzusunda yaradılan əsərə verdilər. O vaxta qədər Sadıq Şərifzadənin "Babək Xürrəmidin" adlı əsəri yaradılmışdı".
20 Yanvar hadisələri F.Əlinin yaradıcılığında tamamilə dönüş yaradıb. Bu müddətə qədər o, böyük Azərbaycan şairi M.Şəhriyarın "Heydər babaya salam" poemasına xeyli miniatürlər çəkmişdi. Artıq 1991-ci ilin yanvarında o, təxminən 1 il çəkən gərgin zəhmətin nəticəsi olaraq "Şəhidlər" adlı irihəcmli xalçanı araya-ərsəyə gətirir. Bu əsəri yaradarkən Şəhriyarın məşhur poemasından bir bəndə əsaslanır: "Heydər baba, göylər bütün dumandır, günlərimiz bir-birindən yamandır, bir birinizdən ayrılmayın, amandır. Yaxşılığı əlimizdən aldılar, yaxşı bizi yaman günə saldılar". Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhidlərin obrazları ifadəsini tapıb. Xalçada Araz çayı xalqımızı iki yerə bölən simvol kimi, həmçinin Güney Azərbaycanda soydaşlarımızın dar ağacından asılması təsvir edilib. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır. Həmin kədərli günlərdə qərənfıl ümumxalq matəminin rəmzi olaraq hər kəsin yaddaşında əbədi qalıb. Əsərdə çoxlu obrazlar zənginliyi var. Bu əsərlə göstərməyə çalışdım ki, Azərbaycanın başına nə qədər faciələr gəlsə də, tarixən bir olduğu kimi hazırda ruhumuz da birdir. Vətənimiz nə zamansa yenə coğrafi baxımdan bir olacaq",
1991-ci ilin 20 Yanvarında bu xalça-əsər xiyabana ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi xiyabanın girişindən asılıb. Bir neçə gün ərzində xalça orada qalıb, sonra Dövlət Tarix Muzeyinə təhvil verilib. Hazırda həmin əsər orada qorunur. F.Əli bu əsərin həm ideya müəllifi və rəssamı, həm də əsas toxuyucusu olub.
O, 20 Yanvar və Xocalı faciələri mövzusunda ardıçıl olaraq rəssamlıq sərgilərinin təşkil edilməsini zəruri sayır: "Kamil Nəcəfzadənin 20 Yanvar mövzusunda bir əsəri yadigardır. Rəssam Vaqif Ucatayın Xocalı faciəsinə həsr etdiyi rəsm-plakat mənalı alınıb. Ümumiyyətlə, bu tipli əsərlərdə faciənin mahiyyətinin çox dolğun verilməsi əsasdır".
Xalqın faciəni bütün tərəfləriylə
dərk etməsi zəruridir. Faciəsindən
dərs almayan millət heç zaman böyüyə bilməz. F.Əli bu qənaətdədir ki, hələ də .20 Yanvar və Xocalı fəlakətləri mövzusunda
Azərbaycan rəssamları
sözün əsl mənasında böyük
əsərlər yaratmayıblar.
Faciələrimiz həm
də bəşərin
faciəsi olduğunu ifadə etməli və bunu bütün
dünyaya çatdırmalıyıq.
Bu mənada o, Fransa rəssamlığında fransız
xalqının müxtəlif
dövrlərdə yaşantılarının,
faciəvi cəhətlərinin
rəssamlarının yaradıcılığında
məharətlə ümumiləşdirildiyini
bildirir: "Biz faciələrimizin
rəssamlıqda ifadəsindən bundan sonra
daha ciddi düşünməliyik. Rəssamlığın üstünlüyü
odur ki, o, hadisələrin mahiyyətini
ümumiləşdirərək göstərə bilir. Doğrusu, anlaya bilmirəm, ya bu mövzu bizə
hələ çatmayıb,
ya da dərk
etməyimizin fərqində
deyilik. 20 Yanvar faciəsinin şahidiyəm. Həmin
gün "Sevil" kinoteatrının ətrafında hücuma
məruz qaldım; adamlar , hara gedəcəyini bilməyib
çaş-baş qalmışdılar.
Musabəyovun heykəlinin
alt tərəfində
durdum. Küçədən
çoxlu sayda tanklar keçir, hara gəldi atırdılar. O güllələrdən
biri mənə də dəyə bilərdi. Bu, millətimizin faciə günü idi. Baxmayaraq ki, bu mövzuda az əsər yaratmamışam, amma yenə də narazıyam. Faciədən
17 il ötməsinə
baxmayaraq, hələ də 20 Yanvar mövzuşunda rəssamlarımızın
yadda qalan, orijinal əsərinə rast gəlməmişəm.
Bu mövzuda Azərbaycan rəssamlarının çəkdiklərini
bir yerə yığılıb kataloq
şəklində çap
edilməsi yaxşı
effekt verərdi. Çəkmək xatirinə
çəkmək olmaz.
Sözün əsl mənasında əsər
yaratmaq lazımdır.
Rəssamın bu yöndə mövzuların
ideyasını qıraqdan
gözləməsinin effekt
verəcəyini düşünürəm.
Çünki belə
ideyalar gərək rəssamın qanına, canına keçsin ki, o nəsə
yarada bilsin. Faciələrimiz çoxdur,
onların hər birinin ayrı-ayrılıqda, həmçinin
bütövlükdə ifadə
edilməsi gərəkdir.
İtirilən yurd
yerlərimizin faciəsini
rəssamlıqda yaratmalıyıq.
Güney Azərbaycan,
Borçalı, Dərbənd,
Zəngəzur, bütövlükdə
Qərbi Azərbaycan dərdimizi ifadə etməliyik. Bu mövzuda silsilə əsərlər yaranmalıdır.
Xocalı qurbanlarına
həsr edilmiş
"Ana fəryadı"
abidəsi faciə haqqında tam təəssürat yaratmır.
Elə əsərlər
meydana çıxmalıdır
ki, tamaşaçı
ona baxarkən faciənin mənası bütünlüklə qanına,
canına keçsin. Məsələ əsərin
böyüklüyü, ya
balacalığında deyil, kədərin necə ifadə edilməsindədir".
Xalq cəbhəsi.- 2007.- 17 yanvar.- S. 15.