Salmanov R.
Əməkdar kollektivin yubileyi
F.Əmirov adına əməkdar
kollektiv, Dövlət
Mahnı və Rəqs Ansamblının 70 yaşı
tamam olur. Bu münasibətlə yanvarın
23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
böyük yubiley tədbiri keçirildi. Təməli
dahi bəstəkarımız
Üzeyir Hacıbəyov
tərəfındən qoyulmuş
bu kollektivdə adı xalqımız tərəfındən iftixarla
çəkilən bir
çox sənət xadimləri, rəqqas və aktyorlar çıxış etmişlər.
Elə bu səbəbdən də gecəyə dəvətli qonaqlar sırasında Azərbaycan
mədəniyyəti və
incəsənətini bütün
dünyada tanıdan korifey nümayəndələr
üstünlük təşkil
edirdi.
Gecəni giriş sözü ilə açan Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Naziri Əbülfəs Qarayev əməkdar kollektivi təbrik edərək ansamblın keçdiyi zəngin və çoxşaxəli yaradıcılıq
yolundan söz açdı. Vaxtilə bu kollektivə rəhbərlik etmiş B.Salahov, S.Rüstəmov,
H.Xanməmmədov, C.Cahangirov, A.Qafarov,
V.Adıgözəlov, T.Hacıyev, R.Mirişli, Q.Qəribovun,
eləcə də bu gün kollektivə rəhbərlik
edən professor Ağaverdi Paşayevin əməyini
yüksək dəyərləndirdi.
Azərbaycanın bir
çox tanınmış, sevilən artistlərindən bu
kollektivin yetirməsi olmuş Nəsibə Zeynalova, Sara
Qədimova, Leyla Bədirbəyli, Məlik Dadaşov, rəqqasə
Əminə Dilbazi və bir çoxlarının Azərbaycan
mədəniyyəti və incəsənətinin
təbliği sahəsində çox böyük əməkləri
olduğunu qeyd etdi.
Çıxışının
sonunda Əbülfəs Qarayev yubiley gecəsinin daha bir
əlamətdar günə - respublikanın xalq artisti,
rəqqas Böyükağa Məmmədovun anadan olmasının
80 illiyinə təsadüf etdiyini bildirdi və veteran
rəqqası səhnəyə dəvət etdi.
Nazir mahnı və
rəqs kollektivi, eləcə də tamaşaçılar
tərəfindən sürəkli alqışlarla
qarşılanan Böyükağa Məmmədovu təbrik
edərək nazirliyin fəxri fərmanını və
tər çiçək dəstəsini yubilyara təqdim
etdi.
Xalq artisti, Azərbaycan
Milli Konservatoriyasının rektoru, professor Səyavuş
Kəriminin çıxışını da
tamaşaçılar sürəkli alqışlarla
qarşıladılar. Bu gün Azərbaycan incəsənətinə
dövlət başçısı tərəfindən
göstərilən diqqət və qayğıya çox
böyük önəm verən natiq öz
çıxışında dünyasını
dəyişmiş ilk əməkdar artist adını
almış rəqqasə Tutu Həmidovanın, Qorxmaz Qurbanov,
Əlikram Aslanov, Ramiz Eynullayev və digərlərinin
adlarını çəkməklə dünyanın bir
çox ölkələrində olmuş kollektivin yaradıcılıq
nailiyyətlərindən, bəstəkarların məxsusi bu
kollektiv üçün yazdıqları
əsərlərdən söz açdı. Yubilyarı
təbrik edənlər sırasında Akademik Opera və Balet Teatrının,
Uşaq Filarmoniyasının, Akademik Milli Dram Teatrının
kollektivi adından xalq artistləri Yaşar Nuri, Telman
Adıgözəlov və digərləri vardı.
F.Əmirovun "Min bir
gecə" baletindən fraqment, ansamblın solistləri Zakir
Əliyevin oxuduğu xalq mahnısı "Sevirəm
səni", Rəna İbrahimovanın "Vağzalı -
Mirzəyi" rəqsi, Almaz Orucovanın oxuduğu
"İnnabı" mahnısı, xalq artisti Cəmilə
Bayramova və əməkdar artisi Xanlar Bəşirovun ifasında
H.Xanməmmədovun "Xəyal" rəqsi, eləcə
də ansamblın solisti Zülfıyyə İbrahimovanın
ifasında Telman Hacıyevin "Vətən" suitası
və digər musiqi nömrələri tamaşaçılar
tərəfmdən rəğbətlə
qarşılandı.
Nüsrət
Fətəliyev - ansamblın keçmiş solisti:
- 1963-cü ildən
80-ci ilə qədər bu kollektivdə
çalışmışam. Dünyanın bir çox
ölkələrində qastrol səfərlərində
olmuşam.
Hər yerdə
hörmət və ehtıramla qarşılanan bu kollektiv,
çox şadam ki, bu gün də öz simasını
saxlaya bilib. Bu gün veteran rəqqasların, musiqi kollektivi
üzvlərinin çoxu yubiley tədbirinə dəvət
olunub. İllərdən bəri görmədiyim sənət
dostlarını bu gün burada görüb sevinirəm.
Yaşa dolsalar da, çoxu cavan görünürdü.
Kollektivin yubileyi həm də bizim yubileyimizdir.
Dəvətə görə öz dərin təşəkkürümü
bildirirəm.
Elxan Səmədzadə
- keçmiş
solist,
musiqiçi:
- 1964-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbində
oxuyarkən bu kollektivə dəvət olunmuşam. Kollektivin daim qastrol səfərlərində
olduğunu bilən məktəb rəhbərliyi mənim kollektivdə
çalışmağıma icazə
verməsə
də,
Əhməd Bakıxanov
və Cahangir Cahangirovun zəmanəti ilə istisna olaraq məni musiqi kollektivinə balaban
çalmağa işə
götürdülər. Bir xeyli bu kollektivdə çalışdım. Sağ olsunlar ki, bu şad gündə məni yaddan
çıxarmayıblar
Xalq qəzeti.- 2007.- 26 yanvar.- S. 7.