Qaliboğlu E.
20 Yanvar faciəsi musiqimizdə
Ramiz Zöhrabov:
"Bəstəkarlarımız bu mövzuda 100-dən çox əsər yaradıblar"
Bir millət olaraq ömrümüzün
müəyyən məqamlarında özümüzdən
ayrılsaq da, ruhumuz bizi daim kökləyib, məhv olmağa
qoymayıb. Bu mənada ümid səsi olan musiqi bizə daim
faciəbrimizdən güc almaq dərsi öyrədir. Musiqi
qədər insanın .ruhunu qanadlandıran, yaşadan
möcüzə: yoxdur. Azərbaycan Bəstəkarlar
İttifaqının sədr əvəzi, professor Ramiz
Zöhrabov bir millət olaraq başımıza gələn
fəlakətlərin, xüsusən 20 Yanvar faciəsinin
musiqimizdə nə dərəcədə ifadə
olunmasından danışır:
"Bu faciə hər bir soydaşımızı dərindən
sarsıtdı, düşündürdü: Bəstəkarlarımız
da bu rnövzuda əsərlər yaratdılar. Ötən 17
il ərzində Azərbaycan
bəstəkarları həm simfonik əsərlər, simfonik
poemalar, vokal instrumental əsərlər, kantatalar, həm də mahnılar, fortepiano üçün əsərlər
yazıblar, indi də
yazırlar. Bəstəkarlarımız 20 Yanvar Faciəsinə həsr, olunmuş 100-dən
çox əsərlər yaradıblar. Görkəmli
bəstəkarımız Cövdət Hacıyevin “Şəhidlər
simfoniyası” var. Həmçinin Oqtay Kazımi da bu adda simfoniya
yazıb. Azər Rzayevin simfoniyası "Bakı-90"
adlanır. 20 Yanvar faciəsi A.Rzayevə o qədər təsir
edib ki, 60 yaşında belə bir əsər yaradıb. Ramiz Mustafayevin
"Bu qan yerdə qalan deyil", Mobil Babayev kantata, Aydın
Əzim Kərimoğlu orkestr üçün "Qətl
günü", Sərdar Fərəcov simfonik poema, Seyda İbrahimova
səs bariton və orkestr üçün vocal simfonik "Vətən şəhidləri", Arif
Mirzəyev orqan üçün "Yanvar
mərsiyələri" (orqanda faciəli mövzular daha
gözəl səslənir) yazıldı".
Eyni zamanda
bəstəkar Faiq Nağıyev "Şəhidlərdən
şəhidlərə" fılminə musiqi yazıb. Cavanşir
Quliyevin xor üçün “Şəhidlər”i gözəl
alınıb. 20 Yanvar faciəsi mövzu kimi mahnı
yaradıcılığına təsir edib. Emin Säbitoğlu
Bəxtiyar Vahabzadənin sözlərinə
"Şəhidlər ağısı" yazdı. İndi
bu mahnını çoxları ifa edirlər, amma bunun ilk
ifası Zeynəb Xanlarovaya məxsusdur. 1991-ci ildə Vasif
Adıgözəlov Fikrət Qocanın sözlərinə
"Bir şərqi de" yazıb. Faiq Sücəddinov
fortepiano üçün xüsusi bir əsər yaradıb.
O, həm də gözəl pianoçu kimi "Şəhidlər
Xiyabanı" adlı əsərdə bəstəkar
duyğularını ifadə edib. Ruhəngiz Qasımovanın
"Şəhid oğullara" raahnısı da yaxşı
alındı, indi də ifa olunur. Mərhum bəstəkar
Hacı Xanməmmədov mərhum yazıçı Əzizə
Cəfərzadənin sözlərinə "Əlimdə
sazım ağlar" adlı əsər yazıb.
Yuxarıda sadalananlarla
20 Yanvar mövzusuna həsr edilmiş musiqi
əsərlərinin siyahısı bitmir. Ramiz Zöhrabov daha
sonra bildirir ki, bir çox gənc bəstəkarlar indi də
bu mövzuda əsərlər yazırlar. Arnma o, bu
əsərlərin yalnız milli matəm günlərində
ifa edilməsindən narahatdır: "Daha çox bu cür əsərlər
20 Yanvarda səslənir. Amma biz Şəhidləri heç
vaxt yaddan çıxarmamalıyıq. Tövsiyə
edərdim ki, radio-televiziyaların musiqi redaksiyaları belə
əsərləri tez-tez səsləndirsinlər. Qoy
gənclərimiz bir xalq olaraq başımıza gələn
faciələri daha yaxşı anlasınlar. Azər Rzayev
deyir ki, məni ancaq Şəhidlər günü yada
salırlar, "Bakı-90" simfoniyasını ildə bir
dəfə səsləndirirlər".
Qaldı ki, 20 Yanvar
faciəsinin, ümumiyyətlə faciələrimizin
musiqimizdə nə dərəcədə ifadə
oluımasına, R.Zöhrabov bu gün ictimaiyyətə
təqdim olunan əsərlərin əlvanlığını
və səviyyəsini məqbul sayır: "Musiqinin
yayılma imkanları söz sənətilə
müqayisədə daha çoxdur. Təsadüfi deyil ki, bu
mövzuda ilk olaraq bəstəkarlarımız yazmağa
başladılar. Azərbaycan bəstəkarlıq
məktəbi tarixində faciə mövzusunda
əsərlərə həmişə ciddi münasibət
olub. Azərbaycanın Qarabağ dərdi var. Bu mövzuda da bəstəkarlarımız xeyli
əsərlər yaradıblar".
Vaxtilə mərhum
bəstəkar Vasif Adıgözəlov deyirdi
ki, "Çanaqqala oratoriyası"nı məhz Azərbaycanın başına gələn faciələrdən təsirlənərək
yazıb. Mahiyyətcə bəşəri faciələrin motivi birdir. R.Zöhrabov bu barədə belə deyir: "Vasif Adıgözəlov sanki həmin tarixi günlərin şahidi olub. Bu əsərdə o, hadisələrin mahiyyətini,
türk xalqının
qəhrəmanlığını musiqinin diliylə ifadə edə bilib. Onun "Şuşam lay-lay" mahnısı da gözəl alınıb.
- Bu mahnımı
harada eşidirəmsə,
gözlərim yaşarır.
Musiqi əsəri ruhun təlatümünün ifadəsi
kimi ürəkləri
riqqətə gətirir.
"Şuşam lay-lay"da bir qarşısıalınmaz həsrət
var. Bu gün Şuşamız
düşmən əlindədir,
bəstəkar həmin
kədəri çox
həzin, kövrək
ifadə edə bilib".
V.Adıgözəlovun "Qarabağ oratoriyası",
"Natəvan" operası
tarixi faciələrimiz
mövzusundadır. R.Zöhrabov
bu əsərlərin
faciəli tariximizin müəyyən bir dövrünün musiqinin
dili ilə ifadəsində yeni bir mərhələnin təsdiqi olduğu qənaətindədir: "Koroğlu",
"Sevil" operalarından
sonra "Natəvan"
gəlir. Təəssüf
ki, "Natəvan"
operası az
səsləndirilir. Gənclərimizin bu əsərləri tanıması, bilməsi zəruridir".
Qeyd olunan mövzuda əsərlərin dünyaya
çıxmasının əhəmiyyəti
danılmazdır. Qoy dünya bir
daha bilsin ki, Azərbaycan hansı faciələrlə üzləşib. Hər
bir xalqın başına belə faciələr gələ
bilər. Amma bizim
başımıza 20 Yanvardan
sonra Xocalı faciəsi də gəldi...
Xalq cəbhəsi.- 2007.- 20-22 yanvar.- S. 15.