Tağız.adə Ş.

 

Mahnı müsabiqəsinin qalibləri

 

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən xor kollektivləri üçün mahnı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Müsabiqənin təşkilindən məqsəd bəstəkarların diqqətini konkret janrlara yönəltməkdir. Çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bildirmişdir ki, qalib əsərlər Dövlət Xor Kapellasının  repertuarına daxil ediləcəkdir.

Müsabiqədə ikinci yerə Faiq Nağıyev və İlham Abdullayevin əsərləri, üçüncü yerə Adilə Yusifova, Rəna Qədimova və Azər Dadaşovun əsərləri layiq görülmüşdür. Üç həvəsləndirici mükafat isə Lalə Cəfərova, Firudin Allahverdi və Nərminə Nağıyevaya verilmişdir.

 

Bakı.- 2007.- 30 yanvar.- S. 3.