Telmanqızı S.
“Sarı gəlin”ə uzanan qara
əllər
Erməni jurnalistin qətli niyə
məşhur xalq mahnısının “başında
çatladı”?
Erməni jurnalist Qrant
Dinkin Türkiyədə qətlə yetirilməsi qonşu
ölkədə qəribə proseslərlə
müşahidə olunur. Küçələrə
çıxaraq üzərində "Hamımız erməniyik!",
"Hamımız Qrant Dinkik!" sözləri yazılmış
plakatlarla etiraz aksiyaları bəs deyilmiş kimi,
Azərbaycanın mənəvi sərvətləri heç
bir səbəb və əsas olmadan ermənilərə
"peşkəş çevrilir". Artıq bir
neçə gündür ki, Türkiyənin populyar telekanallarında
mövzu ilə bağlı süjetlər bir qayda olaraq, Azərbaycan
xalq mahnısı "Sarı gəlin"in sədaları
altında efirə verilir.
Erməni dilində
oxunan mahnının nəqarat hissəsində isə
azərbaycanca "sarı gəlin" sözləri deyilir. Təbii
ki, bu paradoksal durum heç nə ilə izah edilmir və
Türkiyə hökumətinin, mətbuatının
sözügedən məsələdə yersiz
təəssübkeşliyi, sadəcə, acı
təəssüf doğurur.
Azərbaycan
xalqının illərdir bu mahnı, eləcə də
digər folklor nümunələrimiz uğrunda
apardığı təbliğatı bircə günün
içində "dost-qardaşlarımız" puç
edir.
Təbii ki, bir çox
həmvətənləritniz kimi biz də Azərbaycan
hökumətinin, müvafiq nazirliklərin bu
məsələdə tutduğu passiv mövqedən
şikayətçiyik. Torpaqlarını geri qaytara
bilməyən hakimiyyətin folklor nümunələrinə
və ya hansısa xalq mahnısına yiyə duracağına
inam bəlkə də sadəlövhlükdür...
Maraqlıdır,
cəmiyyəti hiddətləndirən bu olayla bağlı
müvafiq instansiyalar hansı addımları atacaq? Görəsən,
onları da bu məsələ maraqlandırırmı?
Mədəniyyət
və Turizm Nazirliyi mətbuat xidmətinin əməkdaşı
İntiqam Hümbətov mövzu ilə bağlı
mövqeyini bildirərkən "topu" cəmiyyətin,
mətbuatın üstünə atdı. Onun
sözlərinə görə, belə məsələlərdə
ictimaiyyət, mətbuat daha fəal, aktiv olmalıdır. Müsahibimiz
vurğuladı ki, bu, təkcə mahnı ilə bağlı
deyil: "Bundan öncə də sərvətlərimizin,
mədəni irsimizin mənfur qonşular tərəfindən
oğurlanması cəhdləri baş verib. Bu, tendensiya
halını alıb və konkret bir mahnı ilə
əlaqədar deyil".
Müsahibimizin
sözlərindən o da məlum oldu ki, hələlik nazirlik
bu problemlə bağlı heç bir addım atmayıb
və belə bir planı da yoxdur. İntiqam bəy onu da
vurğuladı ki, nazirlik daha öncə
dəfələrlə bu cür
hallara qarşı beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırıb: "Bu, təkcə nazirliyi yox, bütün cəmiyyəti, ictimaiyyəti ayağa qaldırmalıdır. 21-ci əsr informasiya, texnologiya əsridir. Bu əsrdə mübarizə də informasiya resurslarının köməyi ilə həyata keçirilir. Bizim çoxsaylı qəzetlərimiz, televiziyalarımız var. KİV-lər, telekanallar, haqqında danışdığımız problemi gündəmə çıxarıb, əks təbliğat apara bitərlər. Çünki dövlət də öz siyasətində bu məsələni müəyyənləşdirir". Müəllif Hüquqları Agentliyindən isə öyrəndik ki, qurum bir həftə öncə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etiraz məktubu göndərib. Bir həftə öncə erməni jurnalistinin öldürülmədiyini və "Sarı gəlin" məsələsinin bu dərəcədə aktuallıq qazanmadığını xatırladanda isə, qurumdan bildirdilər ki, məktub ancaq sözügedən məsələ ilə bağlı göndərilməyib. Belə ki, artıq bir aya yaxındır, "Sarı gəlin", habelə digər mahnıların guya ki, ermənilərə aid olması ilə bağlı qarşı tərəf kampaniya aparır. Agentlik isə öz növbəsində ermənilərin bu mahnılara iddiasının əsassız olduğunu faktlarla sübut edərək, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərib.
Hələ ki müraciətə hər hansı cavab verilməyib. Agentlikdən bunu beynəlxalq təşkilatlarla yazışmanın müəyyən vaxt aparması ilə izah etdilər. Amma sözügedən qurum məsələ ilə bağlı Türkiyənin müvafiq orqanlarına da müraciət olunacağını istisna etmədi.
"Sarı gəlin" mahnısının mahir ifaçılarından olan Akif İslamzadə isə ermənilərin illər boyu davam edən mənasız iddialarına son qoymaq lazım gəldiyini bildirdi. Onun sözlərinə görə, üzdəniraq qonşular bilərəkdən bizləri başqa müstəviyə çəkir: ""Sarı gəlin" mahnısı qədim türk mədəniyyətinin ortaq məhsuludur və 2000-3000 il tarixi var. Bu mahnının intonasiyasına görə, arxaik olduğu da məlumdur. Ermənilər nəinki qədim türk mahnılarını, həmçinin müasir mahnıları da həyasızcasına öz adlarına çıxırlar. Xatırlayırsınızsa, onlar bu yaxınlarda "Məktəb illəri" mahnısrnı da öz adlarına çıxmışdılar. Bəyəm o da qədim mahnıdır ki, tarixini, kim tərəfindən yazıldığını heç kim bilməsin?! Bu cür oğurluq ermənilərin xislətində var".
Müsahibimizin sözlərinə görə, hər dəfə mahnının nəqarət hissəsində azərbaycan dilində "sarı gəlin" sözlərinin deyilməsi də təsadüfi deyil. Akif bəy bildirdi ki, bu, həm də mahnının türk mənşəli olduğuna işarədir: "Əgər bunun əksini düşünürlərsə, qoy "sarı gəlin" sözünün nə məna verdiyini və nə üçün mahnıda türk dilində səsləndiyini sübut etsinlər. Belə çıxır ki, bunların "Sarı gəlin"dən başqa xalq mahnıları yoxdur. Çünki illərdir, bu məsələnin mübahisəsini aparırlar".
A.İslamzadə hesab edir ki, əslində
ermənilərin bu cür iddiaları təsadüfi deyil. Sovet dövründə türk adı ilə bağlı bir çox şeylər kənarlaşdırıldığı
üçün xalq mahnılarımız da diqqətdən kənarda qalıb. Bundan istifadə edən ermənilər isə dərhal mahnını
"özəlləsdiriblər":
"Sara xanım, Hacıbaba, Rəşid Behbudov bu mahnını
oxuyub. Hacıbaba deyirdi ki, mən
"San gəlin"i ikinci
variantda oxumuşam. Bu mahnı qədim türklərin ortaq məhsulu, ortaq mədəniyyətidir".
Erməni jurnalistin
qətlini pisləyən
A.İslamzadə hesab
edir ki, Türkiyə KİV-lərinin
bu məsələdə
yersiz təəssübkeşliyi
tənqidə layiqdir:
"Rəcəb Tayyib
Ərdoğan hakimiyyətə
gələn gündən
bütün aləmi qatıb. Kosmopolitizm bəşəri anlayışdır. Amma bəşəri
olmaq üçün
də gərək insanın öz siması olsun. Bu məqamda təəssübkeşlik
etmək tamamilə yersizdir".
Yeni Müsavat.- 2007.- 24 yanvar.- S. 11.