Turanə

 

Musiqi məktəblərinə yeni alətlər verildi

 

Mədəniyyət və Turizm Nazirliyi bir sıra musiqi məktəbləri üçün yeni alətlər alıb. Dünən M.Maqomayev adına Dövlət Filarmoniyasında həmin musiqi alətlərinin təqdimat mərasimi keçirilib.

Nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev əvvəlcə məktəblərə vacib olan musiqi alətlərinin siyahısının dəqiqləşdirildiyini və sonra məktəb direktorları ilə görüşlər keçirilərək, məsləhətləşmələr aparıldığını bildirib. Uzun müddət idi musiqi məktəblərində olan alətlər yararsız hala düşmüşdü. Demək olar ki, onların istismar müddəti başa çatmışdı. Son illər ərzində ilk dəfə idi ki, belə bir addım atılırdı. Musiqi alətləri Bakı şəhərinin 15 məktəbinə, Naxçıvan Muxtar Respublikası və Sumqayıt şəhərində olan bir sıra məktəblərə veriləcək.

Nazir Əbülfəs Qarayev söz verdi ki, belə işlər adət halı alacaq və axırıncı olmayacaq. "İstəyirik ki, bu sahəyə də maraq artsın. Bu sahədə istedadlı uşaqların az olmasr bizi çox narahat edir. Bacarıqlı uşaqlar hazırlanaraq böyük orkestrlərdə ifa etməlidirlər. Hesab edirəm ki, bu sahədə Milli Konservatoriyada təhsil alacaq tələbələr çox olmalıdır. Bu ilin büdcəsini nəzərə alaraq musiqi məktəblərini tədris vasitələriylə təmin etməyi planlaşdırırıq. Məktəblər dövlət tərəfindən çap olunacaq not kitabçaları ilə də təmin olunacaq. Müəllim və tələbələrdən isə peşəkarlıq tələb olunur.

 

Yeni Azərbaycan.- 2007.- 25 yanvar.- S. 8.