Qocayeva A.

 

Şəhidlik zirvəsinə ucalanlnr

 

Mədəniyyət və Turizm Nazirliyinin  və Azərbaycan Dövlət Milli Kitabxananın təşəbbüsü ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş mərasim keçirildi.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra kitabxananın direktoru Kərim Tahirov o müdhiş gecə ilə bağlı danışaraq dedi ki, həmin gün Azərbaycan xalqına qarşı misli görünməmiş cinayət törədildi. Yüzlərlə insan vəhşicəsinə öldürül, şikəst edildi, yaralandı. 20 Yanvar xalqımızın tarixinə qanla yazılmış, eyni zamanda şərəfli bir səhifədir. O gün oğul qızlarımız ölümün pəncəsinə atılaraq xalqımızın qəhrəmanlıq səhifəsini yazdılar. Biz 20 Yanvar gününü göz yaşla içərisində deyil, qürurla, iftixarla yad etməliyik. K. Tahirov sözünə davam edərək şəhidlərin xatirəsinə həsr olunmuş xeyli kitabın Milli Kitabxananın fondunda toplandığını, hər zaman oxucuların ixtiyarına verildiyini, eyni zamanda mübadilə yolu ilə xarici ölkələrin kitabxanalarına göndərildiyini vurğuladı. Qeyd etdi ki, gələcək nəsillər 20 Yanvar faciəsi haqqında kitablardan dövrü mətbuatdan oxuyacaqlar buna görə belə kitabların kitabxanalarda toplanmasına xüsusi fikir verilir.

Mədəniyyət Turizm Nazirinin müavini, MEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva çıxış edərək azadlıq, müstəqillik Vətən uğrunda mübarizəyə qalxan silahsız, günahsız insanların düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmalarından danışdı. Şəhid olmuş Ülvi Bünyadzadə deyirdi ki, həyat üçün doğulmuşuq, vətən üçün öləcəyik. Həyat üçün doğulanlar şəhidlik zirvəsinə ucalaraq adlarını tarixə qızıl hərflərlə yazdılar. Biz onları daim qürurla xatırlayacağıq.

Nazirliyin mədəniyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev 20 Yanvarın Azərbaycan xalqının sinəsinə soxulmuş süngü olduğunu nəzərə çatdırdı. Dedi ki, bu faciənin təşkilatçıları, onu törədənlər digər günahkarlar bu günə kimi cəzasız qalıblar. Onların layiqli cəzalarına çatacaqları ,günü xalqımız səbirsizliklə gözləyir. Sonra Milli Kitabxananın işçiləri, şairə Xuraman İsmayılova şairə Səyyarə Məmmədli şəhidlərə həsr etdikləri şeirlərini oxudular.

Axırda mərasim iştirakçıları 20 Yanvar faciəsini əks etdirən kitab jurnallardan ibarət sərgiyə baxdılar.

 

İki sahil.- 2007.- 20 yanvar.- S .8.