Nüşabə

 

Oxumaqla yanaşı, aşığın söz ehtiyatı olmalıdır

 

Hafiz Kərimov: “Səhnədə tamaşaçını ələ almaq üçün bəstəkarlıqdan, rəqs etməkdən və oxumaqdan başqa, aşıq həmçinin aktyorluğu da bacarmalıdır”

 

Azərbaycan folklorunda sazın-şözün sehri indiyədək öz diniəyicisini valeh etməkdədir. Aşıq müsabiqəsində əsil şeirin və sənətin möhtəşəmliyinin şahidi oluruq. Sazda ifa edilən hər bir musiqini dinləyərkən, gözümüz önünə gözyaşı qədər saf olan bulaqlarımız, əzəmətli dağlarımız,  bir-birindən səfalı guşələrimiz canlanır. Digər janrlardan fərqli olaraq aşıq musiqisi diniəyicilər üçün həmişə maraqlıdır.

Qeyd edək ki, bir çox ustad aşıqlarımız hələ kiçik yaşlarından bu musiqinin təsiri altına düşüblər. Nəticədə isə əsil sənət məktəbindən faydalanaraq el aşıqlarına çevriliblər. Sevindirici haldır ki, bu günə qədər aşıq sənəti hələ də yaşamaqdadır. Üstəlik gənclərimiz də bu sənəti yaşatmağa can atır. Bu günki müsahibimiz Hafiz Kərimov da çox gənc olmasına baxmayaraq aşıq sənətinin vurğunudur. Elə bu vurğunluq da ona sazı-sözü sevdirib. O, 1986- ildə Gürcüstanın Marnauli rayonu Mollaoğlu kəndində dünyaya göz açıb. 2004-cü ildə orta məktəbi bitirib. Hazırda Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin musiqi fakültəsində aşıq sənəti ixtisası üzrə təhsil alır. Özü bu sənəti seçməyinin səbəbini belə göstərir: "İlk dəfə sazı əlimə 1998-ci ildə almışam. Hələ sazda ifa etməyi bacarmadığım vaxtlarda atam saz alıb evdə divardan asmışdı. Bizim yerlər Borçalı mahalıdır. Bu mahaldan çox zaman sənətkarlar yetişib. Yəqin ki, bu sənətkarların təsiri altına düşmüşəm. Həmçnin mənim atamın da aşıq sənətinə dəhşətli dərəcədə marağı var. Aşıq mahnılarını ifa etməyi çox xoşlayır. Hətta onun ifasını aşıqlar da çox bəyənir. Uşaq yaşlamdan qonşu Sadaxlı kəndində Əmrah lməmmədovun tələbəsi olan aşıq Məsimin şəyirdi olmuşam, Aşıq Məsim bir ustad kimi mənə iki  saz-söz sənətinin sirlərini öyrətdi. Sonra da tale elə gətirdi ki, İncəsənət Universitetinə imtahan verərkən bəyənildim qəbul olundum.

- Hazırda İncəsənət Universitetində müəllimin kimdir?

-   Universitetə qəbul olandan sonra burada mənim müəllimim Aşıq Əhliman Şirvanlıdır.

-  Yəqin  ki,  müsabiqələrdə özünü sınamısan.

-  Bəli. Bizim təhsil aldığımız universitetdə tez-tez müxtəlif tədbirlərdə, müsabiqələrdə, bayram konsertlərində çıxış edirəm. Ötən ilin sonuncu ayında isə Aşıq Pənahın yubileyi ilə bağlı Salyanda keçirilən tədbirdə iştirak etmişəm. Ustadım Aşıq Əhlimanla birlikdə çıxışlar etdik. Hiss etdim ki, diniəyicilər tərəfindən maraqla qarşılandım. Həmin tədbirdə "Aşıq Pəri" məclisinin fəallarından Fərqanə xanım mənim çıxışımı bəyəndi İrana dəvət etdi.

Qeyd edək ki, H.Kərimov sazda ifa edib, oxumaqla yanaşı şeir yazır. O, bunu belə izah edir:. "Ümumiyyətlə, aşıq ilk öncə gözəl saz ifa etməyi bacarmalıdır. Bundan başqa oxumaqla yanaşı aşığın söz ehtiyatı olmalıdır. Məsələn, hər hansı bir məqamda, xüsusilə deyişmələrdə öz sözünü deyə bilsin. Deyişmədə mövzu dağlardandısa, aşıq dağlara, çaylardandısa, çaylara uyğun olaraq öz sözünü deməlidir. Bunun üçünsə təbii ki, aşığın söz ehtiyatı köməyə gəlir. Aşıq, həmçinin bir növ rəqqas kimi rəqs etməyi bacarmalıdır. Elmdə bu belə deyilir ki, aşıqda saz, söz rəqs etmək bacarığı olmalıdır.

Səhnədə tamaşaçını ələ almaq üçün bəstəkarlıqdan, rəqs etməkdən oxumaqdan başqa aşıq həmçinin aktyorluğu da bacarmalıdır."

- Qeyd etdin ki, İrana səfər etmisən. Bu səfər barəsində deyə bilərsən?

-  Bu mənim İrana ilk səfərim idi. Eyni zamanda ilk dəfə Azərbaycandan kənarda olan səfər sayıla bilər. Tehranda yaşayan Ağayi Abdulla Əsədullahi adında bir şəxs var. O, tez-tez Azərbaycan mədəniyyətini təmsil edən sənət adamlarımızı ora dəvət edir orada yaşayan həmvətənlərimiz üçün konsertlər təşkil edir. Qeyd edək ki, belə konsertlərdə hər dəfə ayrı-ayrı incəsənət sahələrini təmsilçiləri iştirak edir. Mən aşıq sənətini nümayiş etdirmək üçün həmin səfərdə iştirak etmişdim. Bizim Tehranda beş günlük konsertimiz baş tutdu. Ardıcıl olan bu konsertlərdə tamaşaçılar bizim çıxışlarımızı çox səmimi maraqla qarşıladılar.

-  İran aşıq sənəti ilə bizim aşıq sənətimizin oxşar fərqli cəhətlərini nədə görürsən?

- Oxşarlıq var, Çünki, aşıq sənəti bir qaynaqdan formalaşmağa başlayıb. Hətta dastanlarımızda Aşıq Qərib, Xəstə Qasım, Abbas Tufarqanlı başqa azman sənətkarların  Cənubi  Azərbaycandan Şimali Azərbaycana səfərlər etməsi barədə məlumatlar verilir. Aşıq məktəbinin ilkin qaynaqları da, orada yaranıb tədricən bizə gəlib çatıb. Ona görə , hər iki aşıq məktəbində oxşarlıq hiss olunmaqdadır.

- Bizim ayrı-ayrı bölgələrimizdən çıxan ustad aşıqlarımızın hər birinin öz sənət məktəbi mövcud olub. Bu barədə deyə bilərsən?

Borçalıda heç zaman aşıq oynamaz. Məclislərdə onu balaban ya qarmonla müşayiət etməzlər. Borçalı aşıqları tək bir sazla məclisə rəng qatardı.

-   Hazırda gənclərimiz daha çox estrada janrına meyl göstərir. Hardasa bu sənəti seçdiyi üçün  peşmançılıq  keçirdiyin anlar olur?

- Qətiyyən xeyr. Çünki, İran səfəri zamanı da bu sənətə verilən yüksək qiymətin şahidi olmuşam. İnşallah bundan sonra da bunun şahidi olacam. Bu sənət bizim kökümüzdür, milli mənəviyyatımızdır. Bu sənət bizim milliliyimizdən gəldiyi üçün aşıq sənətinə bağlandığıma heç vaxt peşman olmamışam. Mənə elə gəlir ki, bu gələcəkdə belə olacaq. Hərdən sazı əlimə götürüb dərsə gedərkən hardasa xəcalət çəkirəm. Çünki, cəmiyyətimizdə bu sənətə yuxarıdan aşağı baxanlar var. Ancaq hər hansı "Yeni Ulduz" müsabiqəsinin iştirakçısını avtobusda tamamilə fərqli qarşılayırlar.

- El şənliklərində iştirak edirsiz?

-  Borçalıda iştirak etdiyim el şənliklərində məndən xahiş etdikdə bir-iki saz havası ifa edirəm. Çünki, Borçalıda indiyədək el şənliklərində aşıqların iştirak etməsi ənənəsi saxlanılır. Doğrudur, əvvəllər toyları başdan-başa aşıqlar aparırdısa, indi aşıqlar təəssüf ki, o statusa malik deyil.

-  Aşıq yaradıcılığında deyişmələrin öz yeri var. Deyişməniz olub?

-  İran səfəri zamanı ilk deyişməm olub. "Aşıq Pəri" məclisindən şairə Nazilə Səfərli ilə deyişməmiz oldu. Bu beş günlük konsert zamanı ardıcıl olaraq biz deyişdik. Tamaşaçılar tərəfindən olduqca gözəl qarşılandıq.

-  Yaradıcılığında hansı mövzulara yer ayırırsan?

- Təbiət motivləri ilə yanaşı, insana və dünyaya aid olan mövzulara da yer ayırıram.

- Aşıq musiqisi ilə digər janrların sintezinə necə baxırsan? Ümumiyyətlə, belə təklif olsa qəbul edərsən?

-  Biz univesitetimizdə tez-tez sazdan digər musiqi janrlarında istifadə edirik. Bu cür sintezə müsbət yanaşırıq. Bu da hardasa aşıq sənətinin inkişafına səbəb ola bilər. Müasirlik baxımından da zamana uyğunlaşmaq vacibdir.

 

Palitra.- 2007.- 24 yanvar.- S. 11.