"Araz" Teatr Studiyası Türkiyədən qayıdıb

 

"Araz" Teatr Studiyası Türkiyənin Manisa şəhərində bir neçə tamaşa ilə çıxış edib. Teatr kollektivinin səfəri Manisa şəhərində fəaliyyət göstərən Azərbaycan Kültür Dayanışma Dərnəyinin başqanı Seyfəddin Ayakyayın dəvəti ilə gerçəkləşib. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib kir teatr studiyası Azərbaycan Dövlət Gənclər Teatrının İrəvan Azərbaycan DövlətTeatrının aktyorlarından təşkil olunub. Teatr kollektivi səfər zamanı Rəhman Əlizadənin ssenari müəllifi rejissoru olduğu "Keçəlin toyu" Azərbaycan şairləri Şəhriyarın, Zəlimxan Yaqubun Nizami Saraclının şerləri əsasında hazırlanan "Sevirəm səni, Türkiyə" adlı ədəbi-bədii kompozisiyası ilə çıxış edib. Tamaşada əməkdar artist Ayşad Məmmədov, artistlər Ədalət Əbdülsəmədov, Elşən Hacıbabayev, Qurban İsmayılov, Tünzalə Əliyeva Elnarə Heydərova çıxış ediblər. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səfərdən sonra Manisa Azərbaycan Kültür Dayanışma Dərnəyinin başqanı Seyfəddin Ayakyay Mədəniyyət Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür məktubu göndərib. Qeyd edək ki, "Araz" Teatr Studiyası 2001-ci ildə təsis edilib.

 

Yeni Azərbaycan.- 2007.- 24 yanvar.- S. 16.