Bu gün Mədəniyyət və
Turizm Nazirliyinin 1 yaşı tamam olur
Bu gün Mədəniyyət və
Turizm Nazirliyinin təsis olunmasının bir ili tamam olur.
Müxbirimizlə söhbətində
Mədəniyyət və
Turizm Naziri Əbülfəs Qarayev ötən müddət ərzində bir sıra çətinliklərlə
qarşılaşdıqlarını qeyd edib: "Çətin olması ilə yanaşı, çox maraqlı işlərlə yadda qalan il idi.
Nazirliyin təsis
olunması tarixini nəzərə almasaq, demək olar ki, biz işlərimizi ötən ilin mayından etibarən qurmağa başladıq. Keçid dövrü həmişə çətin
olur, Amma buna baxmayaraq heç bir ənənə itirilmədi.
İnanıram ki, növbəti illərdə
də işlərimizi
bu tempin əsasında quracağıq."
Ötən müddət
ərzində yeni yaradılan nazirliyin həyata keçirdiyi tədbirlərin, görülən
işləri məhsuldarlığı
nazir Əbülfəs
Qarayevdə nikbin təəssüratlar yaradıb:
"Polad Bülbüloğlunun
dövründə də
mədəniyyətimizin inkişafında
çoxlu işlər
görülüb və
mən bu işləri yüksək
qiymətləndirirəm. İnşallah,
böyük işlərimiz
irəlidədir."
Üç nöqtə.- 2007.- 30 yanvar.- S. 13.