Quliyev L.

 

Ağcabədidə  20  Yanvara həsr edilmiş  abidə  kompleksi açılıb

 

Qarabağın dilbər guşələrindən sayılan, son zamanlar social iqtisadi inkişaf yolunda sürətlə irəliləyən Ağcabədi rayonunda xalqımızın milli-mənəvi dəyərlərinə ehtiramla yanaşılır. Xeyli vaxt idi ki, 20 Yanvar faciəsinin on yeddinci ildönümününün yüksək səviyyədə keçirilməsini təmin etmək üçün rayonda genişmiqyaslı hazırlıq işləri görülürdü. Rayon mərkəzində inşa edilmiş 20 Yanvar abidə kompleksi əsas şəkildə yenidən qurlmuş. Şəhidlər xiyabanında abadlıq aparılmış, səliqə-sahman yaradılmışdır. Rayon icra hakimiyyəti başçısının sərəncamına uyğun olaraq bütün kəndlərdə 20 Yanvar hadisələrinin 17-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir. Yanvarın 19-da rayon ərazisindəki bütün təhsil müəssisələrində xüsusi dərslər 20 Yanvar faciəsinə llər olumnuşdur.

20 Yanvardan azadlıq müstəqillik uğrunda mübarizədə xalqımızın qəhrəmanlıq tarixini öz qanları ilə yazıb şəhidlik zirvəsinə ucalanlar arasında bir nəfər ağcabədili var: Faiq Əlizadə. Ağcabədidə onun adı igidlik, qəhrəmanlıq simvoluna çevrilib. Hazırda Faiq Əlizadənin ailəsi respublikamızın paytaxtı Bakı şəhərində yaşayır. 20 Yanvar faciəsinin ildönümü ərəfəsində şəhid ailəsinə rayon icra hakimiyyəti tərəfindən baş çəkilmiş, maddi yardım cöstərilmişdir.

İstiqlal uğrunda mübarizə tariximizə qanlı faciə kiıni yazılmış 20 Yanvar hadisələrinin on yeddinci ildönümü ərəfəsində Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olmuşdur.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin  Məmmədov azadlıq müstəqillik istiqlal uğrunda başlayan milli azadlıq hərəkatında 20 Yanvar hadisələrinin rolundan, xalqımızın Ümummilli lideri Heydər Əliyevin ilk azərbaycanlı olaraq 20 Yanvar hadisələrinə verdiyi ən düzgün siyasi-hüquqi qiymətdən danışdı. İndi hakimiyyət sükanının etibarlı əllərdə olduğunu, müstəqilliyimizin dönməz xarakter aldığını, bu gün Azərbaycanın regionda lider dövlətə çevrildiyini qürurla dilə gətirdi.

Ümumrayon mitinqinin iştirakçılarının abidə kompleksini, şəhid qəbirlərini gül-çiçəyə qərq etdilər.

Mərasimin sonunda şəhidlərin ruhuna dualar oxundu.

Ağcabədidə 20 Yanvar faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbirlər rayon mədəniyyət evində Qanlı Yanvar ədəbi-bədii kompozisiyasnın nümayişi ilə sona yetdi.

 

Azərbaycan.- 2007.- 20 yanvar.- S. 5.