Qssımov B.
Gələcək uğurların astanasında
Dövlət başçısı
İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyinin
ləğv edilərək
Mədəniyyət və
Turizm Nazirliyi yaradılmasından bir il ötür.
Onsuz da, nəhəng olan bu təşkilata
turizm də birləşəndə, biz incəsənət
adamlarını belə
bir sual düşündürürdü, hansısa məqamlarda incəsənətimiz kölgədə
qalmayacaq? İdman və
Gənclər naziri, Əbülfəs Qarayev yeni yaranmış nazirliyə təyin edildi və onun rəhbərliyi ilə yeni əsasnamə
və struktur təsdiq olundu. Dövlət
sifarişləri ilə
tamaşaların hazırlanması,
klassik dramaturgiyaya geniş yer verilməsi, kadr siyasətindəki ciddi və dəqiq addımlar, bizdə əminlik yaratdı ki, incəsənətimiz yeni bir dirçəliş
mərhələsi yaşayacaq.
Əsil həqiqətdə
ötən bir il ərzində
Azərbaycan Teatr sənəti, ümumilikdə
incəsənətimiz hərtərəfli
fəaliyyət dövrünə
qədəm qoyub.
Teatrlarımızda 40-a yaxın
yeni dövlət sifarişi ilə tamaşalar hazırlanıb
ki, həmin tamaşalar öz ətrafına 300 min nəfərdən
çox tamaşaçı
toplayıb.
Yeni yaranmış nazirliyin əməkdaşları, nazir
müavinləri və
nazirin özünün tamaşalara,
teatrlara gəlişi işə daha ciddi və daha
inamlı bir münasibət yaratmağa
başlayıb. Ciddilik və inam olan yerdə isə həmişə uğur olur.
Ötən bir il incəsənət
xadimlərinin şəxsi
həyatları üçün
də çox uğurlu il olub. Nazirliyin təqdimatı ilə
ölkə Prezidenti tərəfindən bir sıra teatr xadimlərinə Prezident mükafatları və təqaüdləri, eləcə
də fəxri adlar verilib. Bütün bunlar, belə yüksək mərtəbələrə
gəlib çatmaq həvəsində olan gənc sənətçilərin
də işə münasibətində ciddi
dəyişikliyə səbəb
olub.
Mən 20 ilə yaxındır ki, quruluşçu rejissor vəzifəsində
çalışıram. Bu illər ərzində istər Milli Teatrın səhnəsində,
istərsə də digər teatrların səhnələrində quruluş
verdiyim tamaşalarda bilik və bacarığımı,
günün səhnə
tələbatına uyğunlaşdırmağa
çalışmışam. Başqa sözlə desək, bu günün səhnə texrıologiyası
və texnikasına uyğun olaraq, tamaşaların, bədii
əsərlərin səhnə
təcəssümünü verməyə çalışırıq.
Dünya
standartlarına uyğun
tamaşaların hazırlanması,
sözsüz ki, yeni səhnə təchizatı tələb
edir. Bu gün
ölkənin əsas
teatrlarının təmirə
dayandırılması, onların
yeni, müasir tələblərə cavab
verən avadanlıqlarla
təchiz olunması məndə qürur hissi oyadır. Müasir tələblərə cavab
verən teatr avadanlıqlarının olması,
aktyorların fiziki imkanları ilə yanaşı, həm də dəqiq fiziki fəaliyyət mexanizmini yaradacaqdır.
Belə olan halda, biz dünya teatrları ilə sənət mübadiləsi apara bilər, müştərək
kommersiya tamaşaları
hazırlaya bilərik.
Bizim teatr sənətində dünya teatr səhnələrinə çıxarıla
biləcək böyük
sənətkarlarımız var. Dövlət belə sənətkarları layiqincə
qiymətləndirir, onlara
layiq olduqları sənət mükafatlarını
verir, təminatları
barədə düşünür.
Biz yaradıcı
insanlar, adətən,
yaradıcılıq işlərimiz
müqabilində qonorar
alırıq. İndi yeni təşkilatlanma
prosesinin gedişində
müəlliflərə və
digər yaradıcı
şəxslərə verilən
qonorarın dəyəri,
əvvəlkindən on dəfələrlə
çoxdur. Onsuz da maddi problemlər içində olan yaradıcı insanlara göstərilən bu qayğı, əsil həqiqətdə böyük
xeyirxahlıq və humanistlikdir.
Nazirliyin fəaliyyət
proqramı ilə
Bütün sadaladığım faktlar
onu subut edir ki, Azərbaycan
incəsənətinin taleyi
etibarlı əllərdədir.
Ulu öndərimiz
Heydər Əliyev demişdir: "Mədəniyyət
hər bir xalqı dünyada tanıtmaq üçün
ən dəyərli vasitədir". Bu böyük dəyərin
müqabilində mədəniyyətimizə
dünya arenasında daha böyük önəm vermək üçün, istedadımızı,
ədəbi və tarixi imkanlarımızı
göstərmək üçün,
məhz bugünki inkişafla işləmək
və çalışmaq
lazımdır.
Yeni Azərbaycan.- 2007.- 30 yanvar.- S. 8.