Mehdixanlı T.

 

Sənət sevgisinin zirvəsi

 

Doxsan səkkiz il əvvəl Bakı şəhərində "Nicat" Maarif Cəmiyyətinin artistləri ilk dəfə olaraq dahi bəstəkar Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasını səhnədə oynadılar. Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Əbdiirrəhim bəy Haqverdiyev, Qurban Pirimov və başqalarının fəal iştirakı ilə həmin vaxtdan Azərbaycanda opera sənətinin əsası qoyuldu. Sonralar bu sənətin tanınmasında, inkişaf etməsində xidməti olanlardan biri də məlahətli səsi, insani keyfiyyətləri daim ehtiramla xatırlanan Xalq artisti Əlövsət Sadıqov olmuşdu.

O, bir əsr əvvəl Şəkidə dünyaya göz açmışdı. Ehtiyac ucbatından 12 yaşından ipək fabrikində əmək fəaliyyətinə başlamışdı. Çox keçmir ki, Əlövsət işgüzarlığı, halal əməyə sevgisi ilə yanaşı, həm. xalq mahnılarının mahir ifaçısı kimi tanınır. Onu el şənliklərinə, toy məclislərinə dəvət edərmişlər. Nəhayət o, mərhəmətli, qayğıkeş insanların köməyi, məsləhəti ilə Bakıya gəlir. Təsadüf nəticəşində dahi bəstəkar, alicənab insan Üzeyir bəy Hacıbəyovla görüşür. Ustad onun səsini, ifa qabiliyyətini bəyənir. Məsləhət bilir ki, Azərbaycan Dövlət Konservatoriyasına daxil olsun. Əlövsət arzusuna çatır. Təhsil aldığı illərdə qəlbən sevdiyi sənətin incəliklərini öyrənir.

Bir müddətdən sonra Üzeyir bəy ona deyir: "Sənin səsində təravət var. Elə şirin avazla oxuyursan, sanki bu səs qürdrətdən gəlir. Məsləhətim budur ki, qalıb Opera Teatrında işləyəsən". Əlövsətin isə cavabı qısa olur: "Ustad, çox sağ olun. Etimadınıza görə ömrümün son anına kimi sizi, göstərdiyiniz qayğını unutmayacağam".

Əlövsəti teatrda işə qəbui etdilər. O, gecə-gündüz çalışır, məşq edir, bilmədiyini soruşub öyrənərmiş. Bir gün görkəmli yaziçı Mirzə Cəlil Opera Teatrına, tamaşaya hazırlanan "Şah İsmayıl" operasının məşqlərinə baxmağa gəlib. Əlövsət orada adını eşidib, yazdıqlarını oxuduğu, lakin üzünü ilk dəfə gördüyü müdrik insan, görkəmli nasir dramaturqla görüşüb. Mirzə Cəlil gülə-gülə deyib: "Səndəmi müğənni olmaq istəyirsən?" Sonra sözünə əlavə edib: "Oğul, çəkdiyin əziyyətdən heç vaxt bezməyin olmasın. Unutma, sadəlik ömürlərin bəzəyi, həyatın gözəlliyidir". . ,

Bir müddət keçəndən sonra o, "Əsli Kərəm" tamaşasında Kərəm rolunda səhnəyə çıxdı. Həmin günü tez-tez iftixar hissi ilə xatırlayan, Opera Teatrında işləmiş, unudulmaz tarzən, Xalq artisti mərhum Bəhram Mansurov deyərdi:

- Əlövsətlə xeyli müddət məşq etmişdik. Şaqraq səsinə, valehedici oxumağına zilinə bəminə yaxşı bələd idim. Avazmda kövrəklik, hıçqırıq, nalə fəryad vardı. Amma inam, ümid, vüsal istəyi az deyiidi. Kərəm obrazında səhnəyə çıxanda, bir anlığa onu tanımadım. Qrim, qiyafə, rolun xarakterinə uyğun kostyum Əlövsətin görünüşünü büs-bütün dəyişmişdi. Kərəmin çarəsiz eşqə düşməsini onun ifasında görəndə həyəcanım artdı. Əlim mizrab tırtmadı, barmaqlarım pərdələr üstündə gəzmədi. Çünki o, inandırıcı səsiylə, davranışıyla, oyunuyla həyəcanımı artırmışdı. Onun hündür boyu, yaraşıqlı qaməti, ağbəniz çöhrəsi vardı, Lakin Kərəmin qara bəxtini, ümidsizliyini elə öynadı ki, sanki onu məngənəyə salıb sıxmışdılar. Tamaşa başa çatanda Üzeyir bəy Əlövsəti ürəkdən təbrik etdi.

Artıq şöhrət qazanmış, etimadı doğrultmuş Ə.Sadıqova "Leyli Məcnun" tamaşasında Məcnun rolunu oynamağı etibar edirlər. Zəmanənin ən gərgin dövrü idi. Lakin mifli dəyərlərimizi uca tutanlar, sənət qədri bilənlər özləri dözülməz əzablara qatlaşsalar da, amal məqsədlərindən dönmürdülər. Müvəqqəti olsa nəvi, psixoloji iztirabları tamaşaçılara unutdurmağa çalışırdılar. 1936- ildə "Leyli Məcnun" yeni quruluşda oynanıldı. Məcnun rolunun ifaçısı i Əlövsət Sadıqov idi.

nətkar bu ya digər əsərdə uğur qazanarsa, daha da həvəslənər. Ə.Sadıqov da belə ifaçılardan, olub. Onun iştirakı ilə "Şah İsmayıl" tamaşası 1940- ildə Opera Balet Teatrında oynanıldı. Əlövsət Sadıqovu sənətsevərlər alqışlarla qarşıladılar: Tamaşa haqqında yazılmış resenziyada Ü.Hacıbəyovun fikri bu günümüzə yadigar qalıb: "Şah İsmayıl"ın milli mənəvi dəyərlərini, onun xalqsevərliyini inandırıcı, parlaq şəkildə oynadığı üçün aktyor-müğənni Əlövsət Sadıqova hörmətimi, minnətdarlığımı bildirirəm. inanıram ki, milli opera sənətimiz bundan sonra da yaşayacaq, görkəmli ifaçıların ənənələri davam etdiriləcək".

Əlövsət həddən artıq sadə, təmkinli, sənətinə vurğun, yumşaq ürəkli, təmiz qəlbli insan idı. Moskvada ilk Azərbaycan ongünlüyündə "Şahsənəm" opera tamaşasında oynadığı Aşıq rolunun sorağı dünyaya yayıldı. 1956- ildə xidmətlərinə görə ona Xalq artisti fəxri adı verdilər.

...Unudulmaz opera ifaçısı, müğənni Əlövsət Sadıqovdan xoş xatirələrlə bərabər, həm oxuduğu xalq mahnılarınm, muğamların radio lent yazıları yadigar qalıb. Xeirxah, sədaqətli dost olduğu üçün daim yada düşür. Qədirbilən insanlar, sənətsevərlər onun yüz yaşını, anım gününii sevgiylə, qədərsiz məhəbbətlə qeyd edir, səhnə fəaliyyətini ehtiramla xatırlayırlar.

 

Azərbaycan.- 2007.- 9 yanvar.- S. 6.