Məhərrəmova T.
40 il sonrakı dönüs
"Sənsiz'in
premyerası keçirildi
"Sənsiz" 40
ildən sonra yenidən səhnəyə qayıtdı. Bu dəfə
Mədəniyyət Fondunun "Sönməyən ulduzlar"
teatrının kollektivinin təqdimatında. Sırağa gün
"Akademik Milli Dram Teatrının səhnəsində premyerası
keçirilən tamaşa 1967-ci ildə elə bu
səhnədə böyük uğurla oynanılıb. Tofiq
Kazımovun quruluş verdiyi tamaşada Hökumə Qurbanova,
Həsənağa Salayev, Məlik Dadaşov, Səfurə
İbrahimova kimi aktyorlar oynayıb. Üstündən
40 il keçəndən
sonra isə əsərə "Sönməyən
ulduzlar"ın kollektivi müraciət edib. Səbəb də repressiyanın
70, əsərin müəllifi
Şıxəli Qurbanovun
faciəli ölümünün
40 illiyi ilə bağlıdır.
Tamaşa haqqında təəssüratlarımızı bölüşməzdən əvvəl
auditoriyadan söhbət
açaq. "Azdrama"nın əksər tamaşalarında adətən adamla
seyrək olan zal demək olar ki, dolu
idi. Elə bu teatrın ictimai baxışlarını
çıxmaq şərtilə
tamaşalarda nadir hallarda görünən sənət adamlarına nə qədər qəribə görünsə
də, burda rast gəlmək olurdu. Yeni zaldakı
tamaşaçılar tələbə
və
əsgərlərdən ibarət
olan publika deyildi.
Bu məhəbbəti
nəzərə alan Mədəniyyət Fondunun
sədri, professor Kamal Abdulla "Sönməyən ulduzlar" haqqında qısaca söhbət açaran zaman saçlarını
səhnədə ağardan,
indi isə müxtəlif səbəblərdən sənətdən
uzaq düşən kollektiv haqqında danışıb, onları
bir araya gətirməklə çox
savab bir işin iştirakçıları olduqlarını bildirdi: “Vaqif'” tamaşasından
sonra mənə elə gəlmişdi ki, bu, "Sönməyən
ulduzlar"ın öz vəfasız tamaşaçıları ilə
sonuncu görüşüdür.
Ancaq "Solğun çiçəklər", "Ər və arvad" tamaşalarından
sonra bu qənaətə
gəldim ki,
bu,
"Sönməyən ulduzlar"ın öz minnətdar tamaşaçıları ilə
növbəti görüşüdür".
Akademik Milli Dram Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov Azərbaycanda "Sönməyən ulduzlar" adlı bir teatrın fəaliyyətinin artıq təsdiq olunduğunu söylədi: "Bu gün Azərbaycanda "Sönməyən ulduzlar" adlı bir teatr var və bu teatr gözəl sənətkarların əsərlərini hazırlayır. Mən onların uğurlarına sevinirəm. Çünki ulduzlar heç vaxt sönmür. Fərqi yoxdur, o, qoca və ya cavandır əgər əsl ulduzdursa, heç vaxt sönməyəcək. Hər bir aktyora həyat verən sənətdir".
Tamaşanın quruluşçu
rejissoru Hafıs Fətullayev isə zaldakı tamaşaçılar
üçün 40 il
bundan qabaqkı tarixi vərəqlədi:
"Bu gün tamaşa zalında oturanlar həmin
faciəli günü
xatırlayırlar. 40 il
bundan qabaq bu zalda oturub
"Sənsiz"in ictimai baxışına hazırlaşırdıq. Birdən
Şıxəli Qurbanovun
faciəli ölümü
haqqında xəbəri
eşitdik. Bir də insanlar repressiya illərini unutmurlar. Qoy bir də 37-ci il hadisələri insanların başına gəlməsin. Ancaq çox təəssüf
ki,
bu hadisələr
20 Yanvar,
Qarabağ,
Xocalı
hadisələri zamanı
yenidən təkrarlanıb".
Sonra söz aktyorlara - yəni tamaşanın iştirakçılarına verildi. Tamaşaçıların gözü önündə canlanan səhnənin qara dekorasiyası repressiya illərinin dumanlı, tutqun günlərini xatırlatmaq baxımından uyğun seçilmişdi. Səhnədə baş verənlərə gəlincə, tamaşanın 6 iştirakçısından birinci tanış olduğumuz Sevinc Əməkdar artist Cəmilə Məmmədzadədir. Onun ifasında məharətlə söylənilən monoloqlar, əyani, bəzən qiyabi dialoqlar bizi Sevincin dərdi, kədəri ilə tanış, daha doğrusu, həmdərd edir. Vüsal gecəsi öz ardınca hicran illərini gətirib. Bircə günün gəlini 18 ildir ki, sevimli əri, cavan geoloq Tərlandan ayrı düşüb. Tərlanı gecə ikən gəlib aparıblar. Günahsız olduğunu, axşam, ya da sabah qayıdacağına Sevincə söyləsə də, onlara heç nəyi sübut edə bilməyib. Nəticədə Sevinc faciə aləminin sakininə çevrilib. O, qaragünlü, gözüyaşlı, sinədağlıdır. Hicran yolçusu, əzabkeşdir. İntizar, həsrət içində yaşayır və gözləyir. Vəfası, sədaqəti üzündən qarşısına çıxan yeni qismətini onu gərçəkdən sevən geoloq Fərhadın məhəbbətini rədd edir. Hadisələr və münasibətlər həlli mümkün olmayan müşkülə çevrildikcə, Sevincin həyəcanlan, əzabları kimi intizarı da dərinləşir. Onunla bərabər tamaşaçının da intizarı artır.
Aktrisa hicran mövzusunu, kama çatmazlığının əzabını dərindən duyduğu kimi emosiya ilə canlandımağa da çalışır. Pyesin fakturasına uyğun olaraq C.Məmmədzadə öz rolunu əsasən qəlbdən duyulmuş duyğulardan, dərin yaşantı tellərindən hörür. "Sənsiz" əsəri tamaşaçını əvvəldən axıra qədər faciə mühitində saxlayır. Amma nəticə etibarı ilə ona ruh yüksəkliyi, nikbinlik təlqin edir. Tamaşaçı da bu yolu və bu prosesi iştirakçılarla bərabər keçir.
Tamaşaya baxdıqca və Sevincin çətin həyatına bələd olduqca, öz səadətini nəhayət, belə çətinliklə, əzabla tapdığını görüncə dərk edirik ki, yaşamaq insan üçün mübarizədir. Yaşamaq çətinliklərə qalib gəlməkdir. Aktrisa öz qəhrəmanının həyata və gələcəyə inamını tamaşaçılara təlqin etməyi bacarır. Hiss edirsən ki, səhnədə köhnə illərin dramatik rollar, xarakterlər oynayan aktrisasıdır. Və uzun fasilədən sonra elinə yenidən meydan düşdüyü üçün sanki susqun illərdən qisasını alır.
Tərlan rolunun ifaçısı Hafis Fətullayevə gəlincə, o, uşaq vaxtı çıxdığı sevimli səhnəsinə qayıtmışdı. Əsər ona tanış və doğma olduğundan rejissorun dəst-xəttində bu yaxınlıq hiss olunurdu. Eləcə də oynadığı obrazın təqdimatında. Onun ifasında daxili monoloqlar vicdanlı, həyatın keçməkeşlərindən keçən, əzabkeş bir insanın taleyini canlandırır.
Maral rolunun ifaçısı Suğra Bağırzadənin oyunu teatr səhnəsinə o qədər də alışmayan bir aktrisanın oyununu xatırlatsa da, ümumi fondda itib batırdı. Aktrisanın ifa tərzi tamaşaçıda qıcıq yaratmırdı, əksinə, sevən bir qadının hisslərinə hörməti artmırdı. Eləcə də Şahin Cəfərov (Fərhad) oynadığı rolun öhtəsindən məharətlə gəlməyi bacarırdı. Digər iştirakçılar Əməkdar artist Esmiralda Şahbazova və Sərdar Rüstəm isə Sevinclə Tərlanın 18 il bundan qabaqkı həyatlarını, yəni gəncliklərini canlandırır.
Qeyd edək ki, bu iki obraz Hafis Fətullayevin yeni versiyada əlavəsidir. Belə ki, müəllifin əsərində 4 obraz olduğu halda, rejissorun yozumunda daha 2 obraz və şeirlər əlavə olunmuşdu.
Tamaşanın rəssamı Nazim Məmmədov, musiqi rəhbəri Həmid Kazımov, rejisor assistenti Rəna Məlikovadır. Ümumilikdə yaradıcı heyət hazırda bir çox teatrların səhnəsində plan xatirinə oynanılan tamaşalardan mükəmməl bir tamaşa təqdimatı keçirdilər. Hafis Fətullayev bildirdi ki, əsər üzərində cəmi ay yarım məşq ediblər. Təbii ki, şəraitsizlik üzündən çətinliklərlə də qarşılaşıblar. Yəni məşqləri geniş səhnədə yox, Mədəniyyət Fondunun dar otaqlarında keçirməli olublar. Tamaşaya 2 gün qalmış isə onlara geniş meydan yəni səhnə verilib ki, heç olmasa aktyorlar harada oynayacaqlarını bilsinlər və səhnəyə öyrəşsinlər. Əgər bu aktyorların daimi məskənləri olsa, onda onların tamaşaçılara daha maraqlı əsərlər təqdim edə biləcəklərinə şübhə yoxdur.
Hələliksə tamaşanın
keçirildiyi ünvan
Akademik Milli Dram Teatrının səhnəsidir. Tamaşanın
rejissoru tamaşanı
hər ayda bir dəfə oynamaq fıkrində olduqlarını bildirir.
"Sənsiz"in qastrol səfərləri də istisna deyil.
Kaspi.- 2007.- 25 yanvar.- S. 7.