Mirzəbəyli İ.
Ötən illərin sehrli
melodiyası
“Koroğlu”nun ilk
tamaşasını müşayiət etmiş orkestrin
tərkibində Ələkbər bəy Nəzərli və
qardaşı Mehdi bəy də vardı
Qədim yunan
əsatirlərində, Şərq nağıllarında,
Çin hekayətlərində, Homerin, Nizaminin, Firdovsinin
və digər mütəfəkkirlərin
əsərlərində hökmdarlar, müdriklər və
qəhrəmanlarla yanaşı musiqiçilərin obrazı
da yaradılmışdır. Ədəbiyyat tarixinə
məlum olan elə bir epik əsər tapmaq mümkün deyil
ki, orada musiqiçi obrazı olmasın. Alimlərin
fıkrincə, bu fakt bütün xalqların musiqi yaradıcılığına,
mənəvi, ruhi qidaya böyük üstünlük
verməsi ilə bağlıdır. Azərbaycan
xalqının ruhuna qida, mənəviyyatına zənginlik verən
musiqiçilərisə daha çoxdur.
Əslən Xızıdan olan, 1882-ci ildə Bakıda dünyaya gəlmiş, yarım əsrdən çox özünün sehrli qarmonu ilə minlərlə insanın ruhunu, zövqünü oxşamış Ələkbər bəy Cavad oğlu Nəzərli də yaradıcılığı və insani keyfiyyətləri ilə insanların yaddaşında əbədi yer tapmışdır. Ona ən böyük qiyməti mənsub olduğu xalq vermişdi. Amma, dövrünün korifey sənətkarlarından olan Üzeyir bəy Hacıbəyov, Bülbül, Cabbar Qaryağdıoğlu və digər musiqi xiridarları Ələkbər bəy Nəzərlini sözün həqiqi mənasında ustad sənətkar kimi dəyərləndirir. Üzeyir bəy onu "Koroğlu" operasının premyerasını müşayiət edən musiqiçilər heyətinə daxil etmiş, Cabbar Qaryağdıoğlu "Mənim toyumda Ələkbər bəyin qarmonunun səsini eşitmək bizim üçün xoşbəxtlik olacaq" demişdir. Dünya şöhrətli Bülbül isə Ələkbər bəyin Bakıda yaratdığı möhtəşəm bağa "Abşeronun İsa bulağı" adı verərək tez-tez ora baş çəkirdi.
1951-ci ildə dünyasını dəyişmiş Ələkbər bəyin qızı Gülsüm xanım atasının yaradıcılığı, məşhur qarmon ustasının dostları, görkəmli sənətkarların iştirakı ilə keçirilən müxtəlif məclislər barədə qələmə aldığı xatirələrdə çox maraqlı məqamlardan söz açır: "Atamın evində tez-tez məşhur sənət adamlarının iştirakı ilə mərasimlər olardı. Qarabağın muğam ifaçılarını, musiqiçilərini çox sevərdi. Evimizdə Üzeyir bəy Hacıbəyovun, Cabbar Qaryağdıoğlunun, Bülbülün iştirakı ilə müxtəlif mərasimlər keçirilir. Tez-tez görüşdüyü dostları isə Cəfər Cabbarlı, Bakı Şəhər Sovetinin məsul işçisi Abdulla Şahbazov (Tağı Şahbazinin qardaşı), Mərkəzi Komitənin məsul işçisi Şəmsəddin Abbasov (mərhum kino aktyorumuz Gündüz Abbasovun atası) və digərləri idi. Opera teatrında işi çox olmasına baxmayaraq şagirdləri çox idi. Onun ən görkəmli yetirməsi tnəşhur qarmon ustası Teyyub Dəmirov idi. Teyyub Dəmirovu özü ilə bütün konsertlərə, hətta qastrollara da aparardı.
Dağlı məhəlləsində çox
böyük evimiz və həyətimiz vardı. Bar
verən ağaclar yüzlərlə idi. Bəlkə də o həndəvərdə ilk dəfə
təbii qaz xətti bizim həyətə çəkilmişdi.
İçməli su xəttindən başqa ağacları suvarmaq üçün xüsusi
su anbarı tikdirilmiş, həyət
divarları və yaşadığımız ev
milli ornamentlərlə
bəzədilmişdi. Sənət
adamlarının "Abşeronun
İsa bulağı""
adlandırdığı məkan
o zaman Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovun
da diqqətini çəkmiş, 1936-cı ildən
etibarən bu evin daimi qonağına
çevrilmişdi. Mircəfər
Bağırov general Əliağa
Şıxlinski ilə
bu həyətdə bir neçə dəfə 1 May bayramı
münasibətilə düzəldilən
məclisdə iştirak
edibmiş. Bütün
qonaqlar Ələkbər
bəydən "Sabahı"
rəqsini çalmağı
xahiş edərdilər.
Ələkbər bəy
öz həyətində
"Musiqi muzeyi" yaratmışdı. Orada Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Qurban Pirimov, Cabbar Qaryağdıoğlu,
Bülbül, Bəhram
Mansurov, eləcə də bir çox
görkəmli ictimai xadimlərlə bağlı
çoxsaylı tarixi
sənədlər toplanmışdı.
"Koroğlu", "Əsli
və Kərəm",
"Aşıq Qərib"
və digər operaların proqram və afişaları, çoxsaylı qəzet məqalələri, fotoşəkillər,
rəsm əsərləri,
dövlət tərəfindən
verilmiş təltifnamələr
və digər sənədlər də həmin muzeydə saxlanılırdı. Muzeyin
eksponatlarından bir neçəsini atamın ölümündən sonra
Teyyub Dəmirov öz unudulmaz müəllimindən yadigar
olaraq aparmışdı.
Ümumiyyətlə, Nəzərlilər
nəsli mədəniyyət
tariximizə
bir neçə
tanınmış sima
bəxş etmişdir.
Atamla bərabər Üzeyir həyin orkestrində nəfəs alətlərinin məşhur
ifaçısı kimi
ad çıxartmış qardaşı Mehdi Nəzərli (1892-1952), digər
qardaşı Peterburqda
təhsil almış,
yaratdığı rəngkarlıq
əsərləri ilə
böyük şöhrət
qazanmış (bir çox əsərləri
Rüstəm Mustafayev
adına İncəsənət
Muzeyində saxlanılır)
məşhur rəssam
Nəcəf Rasim Nəzərli (1890-1929) və
digər ziyalılar bu nəslə həmişə üzağlığı
gətirmişlər. 1937-ci il aprel ayının 30-da "Koroğlu"
operasının premyerasında
orkestrin həyətində
çıxış edən
sənətkarlar arasında
Nəzərlilərdən iki
nəfərin olması
təsadüfi deyildi.
Çünki Üzeyir
bəy həqiqətən
sərraf idi, musiqi sərrafı.
O, musiqiçiləri böyük
tələbkarlıqla seçirdi".
Bütün bunlar Ələkbər bəy Nəzərlinin qızı
Gülsüm xanımın
xatirələrindən bir
parça idi. Xatirə deyil, tarixi sənəd formasına düşən
bir məqamı isə "Bakinski raboçi" qəzetinin
4 avqust 1926-cı il tarixli sayında görürük. O zamanlar
Bakı Sovetinin deputatı olmuş A.Novikov soyadlı müəllif
"Qarmonçu bağban"
adlı məqaləsində
öz sehrli qamonu ilə minlərlə insanın qəlbinə yol tapan məşhur musiqiçinin vətənpərvər
bir insan, təbiət vurğunu olduğundan heyrətlə
söz açır:
"O, bizim tozlu və küləkli şəhərimizin yaşıllaşdırılması
üçün "Kommunxoz"un
hansısa işi görəcəyini gözləməyərək
çoxsaylı ağaclar
əkmiş, böyük
bir ərazini yaşıllaşdırmışdır".
Digər tarixi məqam isə bir fotoşəkildə əbədiləşib. 1928-30-cu illərdə Ələkbər
bəyin həyətində
lentə alınmış
bu fotoşəkildə
Azərbaycan musiqiçiləri
ilə yanaşı qonşu respublikalardan gəlmiş sənətkarlar
da var. Cabbar Qaryağdıoğlu, Qurban
Pirimov, Keçəçi
oğlu Məmməd,
Ələkbər bəyin
özü, əməkdar
artist, tarzən Məmmədxan
Bakıxanov, tarzən
Yaqub, Kor Əhəd, Bəhram Mansurov, Kəbleyi İsrafil, maştağalı
xanəndə Kəblə
Hüseyn Kazımov, gənc Teyyub Dəmirov və başqaları. Otuza qədər musiqiçinin
və bir neçə uşağın
cəmləşdiyi həmin
fotoşəkildə görünən
ev - Nəzərlinin mülkü artıq otuz ildən çoxdur ki, yoxdur. Sovet dövründə
bir çox ziyalıların mülkü
kimi bu mülk
də tamamilə dağıdılmışdır...
...Bu il "Koroğlu" operasının
70, Ələkbər bəy
Nəzərlinin isə
125 yaşı tamam olur. Hələlik isə Nəzərlilər
ailəsi Azərbaycanın
ondan çox qarmonçusunun müəllimi
olmuş, yaradıcılığı
konservatoriyanm dərs proqramına salınmış,
Üzeyir bəy Hacıbəyovun yaxın dostu Ələkbər bəy Nəzərlinin vəfatının 55 ilini
qeyd etməyə hazırlaşır. Onlar inanırlar ki, bu müqtədir sənətkarın 125 illik
yubileyi dövlət səviyyəsində qeyd olunacaq və xatirəsi əbədiləşdiriləcək.
Xalq qəzeti.- 2007.- 14 yanvar.- S. 5.