Onlar həmişə cavan qalacaqlar...

 

İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmus sərgi acılıb

 

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş "Onlar həmişə cavan qalacaqlar" adlı sərgi-tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi 20 Yanvar faciəsindən danışıb və şəhid ailələrinə səbirli olmağı arzulayıb.

O bildirib ki, sərgidə muzey fondunda olan nadir fotolar, kitablar, qəzetlər və s. eksponatlar nümayiş etdirilir.

Sərgidə ilk dəfə olaraq 20 Yanvar Fondu İdarə Heyətinin sədri Nəsib Azər və şəhidlərdən İlham Allahverdiyev, Fərizə Allahverdiyeva, Larisa Məmmədova və Ağabəy Novruzbəylinin ailələri tərəfindən təqdim olunmuş şəxsi əşyalar da nümayiş etdirilir.

Anım mərasimində Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, 20 Yanvar Fondu İdarə Heyətinin sədri Nəsib Azər, şair Zəminə Xınalı və başqaları çıxış edərək 20 Yanvar hadisələri haqda məlumatlar veriblər.

 

Ekspress.- 2007.- 20-22 yanvar.- S. 24.