"Yuğ" Teatrının əməkdaşı Norveçdəki
beynəlxalq festivala qatılıb
Dövlət Yuğ Teatrının əməkdaşı Yaqut
Paşazadə Norveçin
Kirkines şəhərində
keçirilən Barens
dənizi ətrafındakı
ölkələrin teatrlarının
festivalında iştirak
edir. Bunu APA-ya açıqlamasında
teatrın baş rejissoru Vaqif İbrahimoğlu deyib.
Onun sözlərinə görə,
bu festivalda ölkəmiz artıq ikinci dəfə iştirak edir.
Hər il keçirilən
festival Norveçin digər
ölkələrlə geniş
əlaqələrinin .gücləndirilməsi
məqsədi daşıyır.
V.İbrahimoğlu bildirib ki, Azərbaycanı həmin festivalda təmsil edən Y.Paşazadə özü
ilə Azərbaycanın
milli atributlarını,
geyim nümunələri,
musiqilərdən ibarət
toplular və Azərbaycanda bəhs edən kitablar aparıb:
"Bu festivalda
ölkəmizin iştirakı
olduqca önəmlidir. Ona görə
də biz festivala milli atributlarımızı
göndərmişik. Azərbaycan haqqında təsəvvür
yaratmaq və onları məlumatlandırmaq
üçün çalışırıq".
525-ci qəzet.- 2007.- 16 yanvar.- S. 7.