Vüsal
Yaddaşımızın
qanlı səhifəsi
Yanvarın 19-da
Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına
kitabxanada "20 Yanvar yaddaşımızın qanlı
səhifəsidir" mövzusunda amm tədbiri və 20 Yanvara
aid kitabların şərgisindən ibarət mərasim
keçirdi.
Tədbirdə kitabxananın
əməkdaşı çıxış edərək bu
hadisənin tarixi bir səhifə olmasından
danışdı. Qeyd etdi ki, tarix boyu Azərbaycan
yadellilərin diqqətini çəkmiş və bu cür
soyqırımla qarşılaşmışdır. "Azərbaycanın
coğrafi şəraiti, onun yeraltı, yerüstü
sərvətləri həmişə bizə
düşınən qazandırıb. Bunun da nəticəsidir
ki, tarix boyu müxtəlif dövlətlər, imperialist
qüvvələr bizi bir millət kimi sınağa
çəkməyə çalışıblar. Məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqı bu
cür sınaqlardan üzüağ, alnıaçıq
çıxıb". Daha sonra çıxış edənlər
Azərbaycanın başına gətirilmiş bu cür hadisələri gənc nəslə daha aydın
və geniş formada çatdırmağın vacibliyini bildirdilər.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirinin müavini bu tarixi hadisənin faciə kimi
qiymətləndirilməsini yox, şanlı səhifə
olaraq qeyd olunmasının vacibliyini bildirdi. Dedi ki, əgər
Azərbaycan xalqı bu cür mitinqlərə əl atmasaydı,
öz müstəqilliyini, azadlığını qazana
bilməzdi: "Belə tarixi
hadisələrin unudulmaması, gələcək nəslə
daha da dolğun şəkildə çatdırılması
üçün hər bir
Azərbaycan
vətəndaşı əlindən gələnı
köməklıyı etməlidır. Mən hesab edirəm
ki, kütləvi kitabxanalar,
elm, təhsil, mədəniyyət ocaqları bu
sahədə daha çox işlər görə bilər
və bunu etməyə çalışmalıdırlar".
Həftə içi.- 2007.- 20-22 yanvar.- S. 8.