Nəzakət
"Pəri Cadu"
tamaşası ilk səhnə həyatını yaşadı
Dövlət sifarişilə
hazırlanan tamasa anşlaqla keçdi
Özünün
səhnə və oxucu həqiqətini tapmış klassik
dramatik əsarlərə həm aktyorlar, həm də
rejissorlar arasmda böyük meyil var. Çünki
klassikanı dərk etmək, səhnə
təcəssümünü vermək inkişaf deməkdir. Bunu
nəzərə alan Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyi klassik dramaturqlarımızdan
olan Əbdürrəhimbəy Haqverdiyevin "Pəri Cadu"
tamaşasının Gənc Tamaşaçılar
Teatrında Dövlət sifarişi ilə hazırlanması
üçün sərəncam vermişdi.
Sərəncama
əsasən, hazırlanan "Pəri Cadu"
tamaşanın bazar günü Akademik Milli Dram Teatrın
səhnəsində premyerası çox böyuk uğurla
keçdi. Bildiyimiz kimi, Gənc Tamaşaçılar Teatrı,
eləcə də digər sənət məbədləri
ölkə Prezidentinin sərəncamına əsasən,
bərpa işlərilə əlaqədar müvəqqəti
olaraq bağlandığından, teatrın yaradıcı
kollektivi repertuarlarına daxil etdikləri yeni tamaşanı,
məhz Akademik Milli Dram Teatrın səhnəsində
tamaşaçılara təqdim etdilər.
Premyerada Mədəniyyət
və Turizm Nazirliyi incəsənət şöbəsinin
müdiri, əməkdar incəsənət xadimi
Əliqismət Lalayev, teatr sektorunun müdiri Naidə xanım
İsmayılzadə, tanınmış teatrşünaslar
və ictimaiyyətin nümayəndələri iştirak
edirdilər.
Mistika və simvolizənin
sintezində səhnə təcəssümünü tapan
sənət əsərində Xeyirin Şər
qüvvələr üzərində əbədi
qələbəsi rejissor yozumunda əks olunmuşdur.
"Pəri Cadu"nun tamaşaçıya
ötürdüyü gözəl insani hisslər çoxdur:
məkr və hiylənin insan ağlı qarşısında
dəyərsizliyi!
Dinamik
gerçəklikdə həllini tapan tamaşada tryuklar,
mürəkkəb fiziki elementlər, musiqi, bir sözlə,
bədii ifadə vasitələrinin çoxluğu onun daha
asan qavramlmasına kömək edir.
Qeyd edim ki, tamaşanın
quruluşçu rejissoru və plastik həlli Nicat Kazımovundur.
Quruluşçu rəssamı Lətifə Quluzadə, musiqi
tərtibatı İradə Muradova, rejissor assistenti Manaf
Dadaşov, tryukların quruluşu İsa Əsədovundur. "Pəri
Cadu"nun səhnə reallığını aktyorlardan
Naibə Allahverdiyeva, Rahib Əliyev, Elşən
Rüstəmov, Kəmalə Hüseynova, Sevinc və Vüsal
Mehrəliyevlər, Rasim Cəfərov, Ceyhun Məmmədov,
Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Sonaxanım
Əliyeva, Püstəxanım Zeynalova, İlham Əsədov,
Güşvər Şərifova, Təhminə
Məmmədova, Təzəgül Məmmədova, Firuzə Balayeva,
Aybəniz Əhmədova, Yaqut Bədəlova yaşayırlar.
Səs.- 2007.- 30 yanvar.- S. 12.