Qabiloğlu E.

 

"Əlin cibində olsun"

 

Bu günlərdə Musiqili Komediya Teatrında Oqtay Rəcəbov və Aqşin Babayevin "Əlin cibində olsun" musiqili komediyasının tamaşası oldu. Rolları Ramiz Məmmədov, Novruz Qartal və başqaları ifa edirdilər. Səhnə deputatlığa namizədliyini irəli sürmüş Veysəl İbadoviçin rəsmi olan dollara bürünmüşdü. Tamaşa seçki kampaniyasının şıdırğı məqamı ilə başlayır. İş adamı Veysəl İbadoğlu deputat olmaq üçün dəridən qabıqdan çıxır. O, ətrafına çoxlu adamlar yığır, onların vasitəsilə deputat olmağa can atır. Ona bu işdə Əsmər adlı bir aktrisa jurnalist daha çox kömək edir. Onların köməyi əslində pula bağlıdır. Bu şəxslər pulla Veysəl tbadoviçi göylərə qaldırır, olur olsun, onun pulunu qamarlamağı qərara alırlar.

Budur, məhəllələrin birində deputatlığa namizədin seçicilərlə görüşü keçirilir. Hamı namizədi gözləyir. O isə hələ gəlməyib. Namizəd gələnədək adamları Veysəl İbadoviçin xeyirxah obrazını yaratmağa çalışır. Namizəd gəlir, onların bütün problemlərini həll edəcəyinə söz verir. Bu dəm qəfıl səhnəyə atılan Dibnçi (Novruz Qartal) çəpik çala-çala oxuyub oynayır, yalançı çağırışlar edib V.İbadovun pullarını qamarlamağa başlayır, deputatlığa namizədin rəqibi olan ət kombinatının direktoru Əliş Mahmudovun əleyhinə danışır. Bu dəfə qızışan Veysəl İbadov hər seçikiyə ayda 500 dollar verəcəyini vəd edir, O, adamlarına tapşırır ki, harada müxalifətdən görsələr, desinlər ki, iqtidara qarşıdır, iqtidardan olanlar görsələr isə müxalifətə qarşı olduqlarını desinlər. Bu dəm Əliş Mahmudovun adamları qarışıqlıq salır, onu döyürlər. Növbəti səhnədə polislərin gəlməsi Dilənçinin onlarla əlbirliyi təsvir olunur. Budur, deputalığa namizəd artıq evində döyülmüş vəziyyətdə yatır. Onun evində hər kəs öz aləmindədir. Arvadı bu qədər pulu seçkiyə xərclədiyinə görə onunla dava-dalaşa çıxır, qızı isə "ulduz" olmaq həvəsindədir. Deputatlığa namizəd yalnız bir şey bilir: o, deputat seçilməlidir. Əsmərin jurnalistin onun qızı Lalə haqqında yalmanaraq yüksək səviyyəli sözlər söyləmələri Veysəl İbadoviçin özünü hiddətləndirir. Bu məqamdan başlayaraq hadisələr getdikcə gərginləşir. Veysəlin ailə həkimi Şəkərlinin onun arvadına bənd olması, qızın isə jurnalistlə biri-birini sevmələri tamaşaçıda onlara rəğbət yox, əslində ikrah yaradır. Bu mühitdə adamların hamısı biri-birinə inanmırlar. Onlar başdan-ayağa faciənin içərisindədirlər. Şəkərli ilə Veysəlin arvadının gecə yansı parkda gəzişərkən qızı ilə jurnalistin ora gəlib çıxması, dilənçinin pul almaq üçün onları şantaj edəcəyi ilə hədələməsi, bu yandan da evdə Veysəl İbadoğlunun xəstə vəziyyətdə yatması gərginliyi daha da artırır. Namizəd elə bilir ki, onun arvadı ilə qızını doğrudan da oğurlayıblar. Evdə heç kəsin olmamasından istifadə edən rəqibləri onun pullarını alıb aparırlar. Bu yandan da Şəkərlinin jurnalistin dalbadal namizədin evinə gələrək ondan "oğurlanan" arvadı qızı üçün pul tələb etmələri Veysəl İbadoğlunun fəlakətli vəziyyətini daha da artırır. Oğurluq baş verəndən azca sonra polislərin hadisə yerinə gəlib çıxmaları, "cinayətin isti-isti açılması üçün" pul sövdəsi etmələri asayış keşikçiləri arasında olan neqativ halların bariz nümunəsi kimi meydana çıxır.

Sonda məlum olur ki, deputatlığa namizədin daim namusunu qorumağa cəhd etməsi onun ailə şərəfı üçün lazım deyilmiş sadəcə, ailəsində xoşagəlməz halların olduğunu bilincə deputat seçilməyəcəyi təhlükəsi onu narahat edirmiş. Rəqiblərinin deputatlığa namizədliklərinin ləğv olunduğunu eşidincə ətrafı Veysəl İbadoğlunu da fikrindən daşmdırmağa razı sala bilir. Amma tamaşanın lap axırında o, səhnə bağlanandan sonra başımı bayıra çıxarıb deputat olmaq istəyindən qətiyyən əl çəkməyəcəyini bəyan edir.

Ramiz Məmmədovun bəzi jestlərinin Hacıbaba Bağırovun jestlərinə oxşarlığı diqqətdən yayınmadı. Kimdənsə bəhrələnmək yaxşı haldır. Lakin mümkün qədər hər bir aktyorun özünə məxsusluğunun olması daha yaddaqalandır.

Tamaşada yadda qalan musiqili ifalar demək olar, yoxdur. Azərbaycan tamaşaçısı dövrün eybəcərliklərini, ümumiyyətlə, hamını açan belə mənalı tamaşalar gözləyir...

 

Xalq cəbhəsi.- 2007.- 19 yanvar.- S. 15.