Ələddinqızı N.

 

“Leyli və Məcnun” operası – 99

Lirik-tenor səsli, incə muğam ifaçılığına malik Hüseynqulu Sarabski Məcnun partiyasının ilk ifaçısı olmuşdur

 

12 yanvar 1908-ci il Həmin gün Azərbaycan mədəniyyət aləmində xatırlanan tarixi hadisədir. 20-ci yüzilliyin inkişafa, maariflənməyə doğru irəlilədiyi bir dövrdə teatr səhnəsində "Leyli və Məcnun" operasının oynanılması böyük bir hadisəyə səbəb oldu. Dahi Üzeyir Hacıbəyovun yaratdığı "Leyli və Məcnun" operası Azərbaycan opera sənətinin təməl daşını qoydu, O zamandan bu günə qədər olan dövr ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində "Leyli və Məcnun" operası ardıcıl olaraq səhnələşdirilir, böyük anşlaqla geniş tamaşaçı kütləsinə təqdim olunur.

Bir əsrə yaxın zamanda tamaşaya olan heç bir həvəs sönməmiş, hər dəfə operanın partiyalarını yaradan ifaçılar, onu səhnələşdirən rejissorlar, operanın musiqisini səsləndirən kollektiv ilk dəfə premyerası keçirilən sənət nümunəsi kimi "Leyli və Məcnurfu sənətsevərlərə təqdim edirlər. Bu, həqiqətən də, bir möcüzədir. Görünür, buna səbəb dünya şöhrətli Üzeyir bəyin musiqisi dahi Məhəmməd Füzulinin söz dünyasının böyüklüyüdür. İki nəhəng sənətkarın yaradıcılıq təxəyyülünün məhsulu olan bu opera Azərbaycan teatr sənətinin ən mükəmməl və nadir nümunəsidir.

99 il bundan əvvəl bu gün tamaşaya qoyulan "Leyli və Məcnun" operasının yaranma tarixçəsi maraq doğurur. Hələ 1907-ci ildə Henrix Heynenin "Əlmənsur" tamaşası səhnələşdirilərkən gənc Üzeyir bəy həmin əsərə tamaşa etmiş, böyük təəssürat hissini yaşamışdır. Belə ki, bu tamaşada əsas rolun ifaçısı olan Hüseynqulu Sarabski ona həvalə edilən ərəb obrazını xüsusi professionallıqla oynamış, onun ifaçıq qabiliyyəti Üzeyir Hacıbəyovun diqqətindən yayınmamışdır. Hüseynqulu Sarabskinin lirik-tenor səsi, incə muğam ifaçılığı Üzeyir bəyin zövqünü oxşamış, tamaşadan iki gün sonra onunla görüşməyə qərar veımişdir. Bu görüş əsasında Üzeyir bəy Hüseynqulu Sarabskiyə Məcnun obrazını yaratmaq haqqında fikirlərini söyləmiş və razılığını almışdır.

Qeyd edim ki, "Leyli və Məcnun" operasının 1908-ci idə yaranma tarixi qeydə alınsa da, bu əsərə hələ XIX əsrin sonlarında müraciət edilmişdir. Belə ki, 1897-ci ildə Şuşada "Xandəmirovun teatnda "Leyli və Məcnun" əsərindən kiçik bir musiqili səhnəcik hazırlanmış və açıq havada tamaşaçılara təqdim olunmuşdur. "Məcnun Leylinin qəbri üstə" adlı səhnəcikdə Məcnun obrazını məşhur xanəndə Cabbar Qaryağdıoğlu oynamışdır. Odur ki, Azərbaycan teatr səhnəsində Məcnun obrazının ilk ifaçısının Hüseynqulu Sarabski olduğu vurğulansa da, unutmamalıyıq ki, bu partiyaya səhnə həyatı vermiş ilk ifaçılardan biri, məhz Cabbar Qaryağdıoğlu olmuşdur. Bu tamaşa opera şəklində oynanılmasa da, səhnəcik kimi Cabbar Qaryağdıoğlu yaratdığı obrazı müvəffəqiyyətlə təqdim edə bilmişdir. Həmin illərdə Üzeyir bəyin 12 yaşı var idi. Üzeyir Hacıbəyov da səhnəcikdə xor kollektivinin tərkibində "Şəbi-hicran"ı oxumuşdur. Üzeyir bəyin kiçik olmasına baxmayaraq tamaşadan yaranan təəssürat uzun müddət onu düşündürmüş, nəhayət, belə bir nəhəng səhnə əsərinin yaranmasına gətirib çıxarmışdır. Onu da qeyd edim ki, "Məcnun Leylinin qəbri üstə" adlı səhnəciyin quruluşçu rejissoru Əbdürrəhimbəy Haqverdiyev, musiqi tərtibatçısı isə məşhur tarizən Sadıqcan olmuşdur. 1908-ci ilin 12 yanvar tarixində oynanılan ilk tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhimbəy Haqverdiyev olmuşdur. Üzeyir Hacıbəyov isə tamaşada skripkada çalmış, tarda isə ifaçıları mərhum sənətkarımız Qurban Pirimov müşayiət etmişdir. Belə nəhəng simaların iştirakı ilə oynanılan "Leyli və Məcnun" operasını, təbii ki, geniş əks-səda doğurmaya bilməzdi. Hüseynqulu Sarabskinin olduqca professional bir şəkildə oynaması Məcnun obrazını sevdirdi. Onun aktyorluq imkanları geniş səs diapazonu Məcnun obrazının belə müvvəffəqiyyətli oynanılmasına səbəb olmuşdur. Onun ifasında oynanılan obraz bu gün də böyük təəssüratla xatırlanır, hətta köhnəlmiş lentləri efirə verildikdə belə, səhnəciklər tamaşanın nə qədər böyük effektlə oynanıldığından xəbəb verir. Üzeyir Hacıbəyov sonralar xatirələrində yazırdı ki, aktyorluq dərsi oxumamış, obraz yaratmamış, sənət məktəbi keçməmiş, məktəb və darülfün bitirməmiş Hüseynqulu Sarabski olduqca çətin və mürəkkəb bir faciəni təmsil edən Məcnun obrazını yaratmaq sahəsində eiə bir məharət göstərdi ki, sonrakı dövrlərdən o, artistlər üçün bir nümunə və məktəb oldu. Həqiqətən də, Hüseynqulu Sarabskinin göstərdiyi ifaçılıq manevrləri Məcnun obrazını  sonrakı illərdə yaradacaq aktyorlara bir məktəb idi. Elə bu günün özündə də belə bu məktəbdən bəhrələnilir, onun yaratdığı Məcnun obrazına dəfələrlə müraciət olunur. Tamaşaçılar da səhnədə geydikləri məcnunlarda, məhz Hüseynqulu Sarabskiyə məxsus olan sənətkarlıq xüsusiyyətlərini görməyə üstünlük verir və hər dəfə də onun ifası ilə gənc xanəndələrin oyununu müqayisə edirlər. Onu da qeyd edək ki, bu müqayisə təkcə tamaşaçılar arasında deyil, professionallıq baxımından musiqişünaslar tərəfindən də aparıhr.

Qeyd etdiyimiz kimi, "Leyli və Məcnun" operasının belə uzunömürlü və məhəbbətlə qarşılanmasına səbəb Füzuli və Üzeyir bəy ifalarının sənətkarlıq xüsusiyyətlərinin birləşməsi olmuşdur. Bu opera Azərbaycan professional milli opera sənətinin təməl daşını qoydu. Operanın bütün melodiyaları milli musiqimizin bünövrəsi hesab edilən klassik muğam və təsniflərdən ibarətdir. Üzeyir bəyin belə bir seçimi sənət aləmində mədəni bir hadisənin partlayışına səbəb oldu. Bəstəkarın operanın hər pərdəsində əsas qəhrəmanların yaşadığı hissləri musiqinin dili ilə aydın, rəvan, anlaşılı bir şəkildə təqdimi partiyaların özünəməxsus xüsusiyyətlərinin açılmasına xidmət göstərir. XVI əsrdə feodal patriorxal qayda qanunlarının hökm sürdüyü bir zamanda azad düşüncəli qəhrəmanların cəmiyyətə, onu buxovlayan adət ənənələrə qarşı üsyanı, musiqinin dili ilə çılpaqlığına qədər təsvir olunmuşdur. Acı həyatları ilə barışmayan və ölümləri ilə cəmiyyətin çirkinliyinə etirazını ifadə edən qəhrəmanlar xalqın sevimlisinə çevrildilər. Leylidəki Azərbaycan qadınına məxsus olan safiıq, əqidə paklığı, əhdə vəfalılıq bəstəkar tərəfindən musiqinin dili ilə tamaşaçıya xırdalıqlarına qədər çatdırılır və hətta həzin dramatik notlarda belə sənətsevər onun qəhrəmanmın üsyankarlığını böyük ilahi eşqə münasibətini hiss edir. Opera iki gəncin məhəbbəti əsasında yazılsa da, əslində, bu, geniş dünyagörüşlü bir insanın fəlsəfi düşüncələrinin bədii əksi idi. Bu ruh, bu ideya sənətkarlara o qədər doğma və əzizdir ki, "Leyli və Məcnun" operasında baş və epizodik obrazlara rol alan ifaçılar, yaradacaqları qəhrəmanları ilahiləşdirərək müvəqqəti olaraq o dünyadan təcrid olunurlar. Yaratdıqları obrazları ilə cismani dünyadan müvəqqəti uzaqlaşıb, ruhi dünyaya qovuşurlar.

,Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində bu tamaşa hər il neçə dəfə müxtəlif sənətkarlar tərəfindən oynanılır. Əsrin əvəllərində Leyli obrazını yaratmaq üçün qadın sənətkarına böyük ehtiyac və tələbat var idisə, bu gün opera səhnəsində neçə-neçə leylilərimiz vardır. Qadın rolunu - Leyli obrazını ilk dəfə yaradan Əhməd Ağdamski dövrün dardüşüncəli təbəqələri tərəfindən müxtəlif təqiblərə məruz qalsa da, Opera Teatrının yaşaması və bünövrəsinin möhkəmlənməsi üçün belə bir ağır yükü üzərinə götürmüşdür. Bu gün adlarını qeyd etdiyimiz operanın ilk yaradıcıları hər birimizin qəlbində böyük məhəbbətlə yad olunurlar. Səhnəmizdən gəlib keçən Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova kimi leylilər, Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu və digər məcnunlar opera sənəti tarixində hər biri orijinal ifa tərzilə möhürlərini vurmuş sənətkarlardır. Belə yaradıcı şəxslərin davamçıları olan Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Aygün Bayramova, Səkinə İsmayılova, Simarə İmanova, Mənsum İbrahimov, Səbühi İbayev, Alim Qasımov, Təyyar Bayramov kimi Leyli və Məcnun obrazlarının yaradıcıları "Leyli və Məcnun" opreasından professionallıq nümayiş etdirir, tamaşanın zaman-zaman yaşamasına xidmət göstərirtər. Təbii ki, adlarını qeyd etdiyimiz sənətkarlar, opera sahəsində qazandıqları uğurlara görə, ilk olaraq, Üzeyir bəyə, onun "Leyli və Məcnun" operasına mənən borcludurlar. Hələ neçə yüzilliklər ötəcək, "Leyli və Məcnun" operası isə öz yeni ifaçıları ilə sənətsevərlərin görüşünə gələcək əfsanəvi sənət əsərindən onlara söz açacaqdır.

 

Səs.- 2007.- 13 yanvar.- S. 12.