Lalə
"Səhnədə
yaşanan eşq səhnədə də ölür"
Xalq artisti Nəzakət
Teymurova dəb arxasınca qaçmağı sevmir
Dünən
Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov
musiqisinin nıöcüzəsi olan "Leyli və
Məcnun"un bu vəhdətdən doğuluşunun 99 ili
tamam oldu. Bəli, düz 99 ildir
ki, sevə-sevə tamaşa etdiyimiz "Leyii və Məcnun" müxtəlif xanəndələrin
ifasında tamaşaçıların
görüşünə gəlir.
İlk ifaçısı
Hüseynqulu Sarabski olan Leylini sonra
Həqiqət Rzayeva, Zeynəb Xanlarova, Sara Qədimova, Rübabə Muradova, Səkinə İsmayılova,
Qəndab Quliyeva, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Aygün Bayramova kimi sənətkarlarımız
canlandırıblar. Onlardan biri də Opera və Balet Teatrının
solisti Nəzakət Teymurovadır.
"Leylini yaşamaq asan deyil"
- Artıq neçə illərdir ki, səhnəmizdə Leyli obrazını yaradırsınız, Çətin
deyil ki?
- Hər bir obrazın
özünəməxsus yanaşma
fərzı var. Leyli çox məsuliyyətli,
qürurlu bir obrazdır. Hər insan o fəlsəfi duyğuları, sevgini dərk
etmək qabiliyyətinə
malik deyil. Səhnəyə çıxmazdan gərək bütünlüklə
həmin obraza daxil olasan, mənimsəyəsən.
Leylinin sevgisini içimə vururam, özüm də həmin sevgini yaşayıram ki, səhnəyə Nəzakət
kimi deyil, Leyli kimi çıxıb
onun hiss həyəcanını,
əzabının, yaşam
tərzini, sevgi dünyasını tamaşaçılara
çatdıra bilim. Bunun üçün isə həmin hissləri əvvəlcə özüm
yaşamalıyam və
bu hissləri yaşamaq təbii ki, mənim üçün asan deyil.
- Sizcə, müasir dövrdə Azərbaycanda
çoxmu Leyli var. Söhbət o dövrün
adət-ənənələrindən gedir?
- Təəssüf ki, az da olsa hələ də leylilərimiz yox deyil. Hüququ özündə
olmayan, həyat yoldaşı seçimində
valideynin sözü ilə oturub durmaq məcburiyyətində
qalan qızlarımız
var. Onlar xüsusilə
rayonda, kənddə böyüyən qızlardır.
- Siz özünüz necə, Leylinin aqibətini yaşamamısımz
ki?
- Yox, mən həyat
yoldaşımı sevib
ailə qurmuşam. Onun Azərbaycan kişisinə
məxsus ciddiliyi məni özünə cəlb edib. İndi 7 yaşında qızımız
var.
- Nəzakət xanım, sizcə, istəmədiyi klşi ilə yaşayan qadın acizdir, bədbəxtdir, yoxsa fədakardır?
- Məncə, fədakardır
və fədakarlığı
da onu bədbəxtliyə
gətirib çıxarır.
Öz balalarının xatirinə
ailəsini dağıtmır,
özünü fəda
edir, qurban verir ki, uşağı
qəlbi sınıq insan kimi formalaşmasın.
Həm də bədbəxtdir ki, hər gün
ömürdən getsə
belə, uşağının
xatirinə istəmədiyi
insanla həyatımı
başa vurmaq məcburiyyətindədir. Belələri ailə dağılandan sonra özlərini həyatda
təsəvvür edə bilmir, bir növ
həyatın dolanbaclarında
karıxacaqlarmdan, azacaqlarmdan
qorxub hər bir əzaba qatlaşaraq otururlar.
"İdman üslubuna üstünlük
verirəm"
- Xanımlarımız üçün maraqlı olardı, gözəl görünmək üçün
nə edirsiniz?
- Nə bilim, vallah, gözələmsə, deməli, bu, Allah təalanın
verdiyi nemətdir. Tanrı səs verib, sizin kimi
tamaşaçılar verib,
bir az
da gözəllik veribsə, buna görə Allahıma minnətdaram.
- Tanrının verdiyini qoruyub saxlamaq da hər adamın
işi deyil.
- Düzdür, səs kimi, gözəlliyi də qorumaq lazımdır. Daim səhnədə olduğum
üçün pəhriz
saxlayıram. Həm də
rollarım elədir ki, gərək kökəlməyim, əks
təqdirdə, həmin
rollara uyğun gəlmərəm. Üzümün dərisinin gözəlliyi
üçün maskalardan
hələ ki, istifadə etmirəm, ancaq kremlər vururam. Düşünürəm ki, 35 yaşımdan
sonra üzümə maska vura bilərəm.
Çəkilişlərə görə tez-tez
salonlarda oluram. Görürəm ki, qadınlarımız
özlərini, cildlərini
saxlamaq üçün
min cür maskadan, üsullardan istifadə edirlər. Onların
heç olmasa üçdə birini
edə bilsəm, yaxşı olar. Vaxt məhdudiyyəti də imkan vermir. Həm də etiraf edim ki, bu
cəhətdən çox
tənbələm. Makiyajımı, saçımı qaydaya salmağı güclə
çatdırıram. Dərimin, xüsusilə səsimin yerində olması üçün yuxu rejimimə də fıkir verməyə çalışıram.
- Dəblə aranız necədir?
- Köhnə fıkirli insan deyiləm. Ancaq dəbin arxasınca
da qaçmağı
sevmirəm. Özümə yaraşanı getdiyim yerə uyğunlaşıb
geyinirəm. Ancaq "dəbdir"
deyib mənə yaraşmayan paltarı ömründə qəbul
edə bilmərəm.
Gündəlik rahat olsun deyə idman üslubuna üstünlük
verirəm.
- Ailə və iş bunları bir araya necə gətirirsiniz?
- Anam, qardaşımın uşaqları bizimlə qaldır, kömək edirlər və bu baxımdan heç bir problemim olmur.
Birinci və sonuncu Məcnunun
- Oynadığınız
rollar arasında sizə ən yaxın olanı hansıdır?
- Hazırda Opera və
Balet Teatrının səhnəsində 7 rol canlandırıram. Səhnə
fəaliyyətimdə ilk rolum "Leyli və Məcnun"
operasında Leyli olub. 22 yaşımda
bu obrazı yaratmışam. Elə ən
çox sevdiyim, sevə-sevə oynadığım
rol da Leylidir.
- Bu rolu özünüzə, iç dünyanıza
daha yaxın hesab edirsiniz, yoxsa...
- Necə deyim, bilmirəm, 7 ay o rolun üzərində işləmişəm. Bəlkə də
üzərində çox
əziyyət çəkdiyimdən
mənim üçün
əzizdir.
- Səhnədə
yaşanan eşq necə olur?
- Səhnədə
yaşanan eşq səhnədə də ölür.
- Nəzakət xanım, ürəyinizdə
yaratmaq istədiyiniz hansısa obraz qalıbmı?
- Adətən operaya gələndə səhnəyə
kiçik rollarla çıxmağa başlayırlar.
Püxtələşəndən sonra axırıncı
rol Leyli olur. Hər bir xanəndə
qadın da arzusu Leylini oynamaq olur. Mən isə dediyim kimi, səhnəyə
Leyliylə çıxmışam.
Ona görə də yaratmaq istədiyim, ürəyimdə qalan obraz yoxdur.
525-ci qəzet.- 2007.- 13 yanvar.- S. 32.