Zəhra

 

Opera müğənnisi Şahlar Quliyevin yubileyi qeyd olunub

 

Xalq artisti Şahlar Quliyevin 60 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Opera Balet Teatrında gerçəkləşən gecədə ilk olaraq, Şahlar Quliyevin ifasında Üzeyir Hacıbəyovun "Koroğlu" operasından Həsən xanın ariyası səsləndirilib.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Ramiz Zöhrabov çıxış edərək yubilyarın böyük istedada özünəməxsus ifa tərzinə malik sənətkar olduğunu söyləyib. Tədbirdə iştirak edən sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova Ş.Quliyevin həyat yaradıcılığı haqqında söz açıb, onun professional opera sənətçisi olduğunu vurğulayıblar.

Opera Balet, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlanın aktyorları müxtəlif tamaşalardan səhnələr nümayiş etdiriblər.

Gecənin sonunda yubilyar Şahlar Quliyev Müslüm Maqomayevin "Odlar yurdu" mahnısını səsləndirib.

 

525-ci qəzet.- 2007.- 10 yanvar.- S. 7.