Dövlət Mahnı və Rəqs Ansamblının 70 illik yubileyi keçirilib

 

Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 70 illik yubileyi qeyd olunub. Azərbaycan Dövlət Filarmoniyasında dövlət rəsmilərinin və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbir Dövlət Musiqi Mədəniyyəti muzeyinin ansamblının yubileyi.nə həsr olunmuş fotosərgisinin nümayişi ilə başlanıb. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev böyük bəstəkarın adını daşıyan ansamblın təməlinin Üzeyir bəy tərətindən qoyulduğunu xatırladıb. Bu gün 70 yaşını qeyd edən ansambl dünyanın hər yerində tanınmaqdadır. Nazir onu da söyləyib ki, ansamblın çıxışları Çin, İran, İraq, Türkiyə, İtaliya, Norveç, Belçika, MDB məkanında həmişə maraqla qarşılanıb. Nazir ömrünün böyük hissəsini kollektivə həsr edən xalq artisti Böyükağa Məmmədovu da 80 illik yubileyi münasibəti ilə təbrik edərək ansamblının Respublikamızın ən qədim kollektivlərindən olduğunu xatırladıb. Kollektivin müxtəlif tədbirlərdə çıxışlarından olan kadrların da nümayiş olunduğu tədbirdə Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Xalq artistləri Yaşar Nuri və Firəngiz Mütəllimova ansannblı təbrik edərək, kollektivə yaradıcılıq uğurları arzulayıblar, Sonda ansamblın ifasında konsert proqramı nümayiş olunub.

 

Yeni Azərbaycan.- 2007.- 25 yanvar.- S. 8.