Əliyev Ə.
Strasburqda «Nizami Gəncəvi
və dünya
mövzusunda keçirilmişdir
Strasburqun Mark Blok Universitetində "Nizami Gəncəvi və dünya mədəniyyəti" mövzusunda
tədbir keçirilmişdir. Tədbirin əsas
təşəbbüsçüləri, bir müddət əvvəl yaranmasına baxmayaraq, Azərbaycan həqiqətlərinin xalqımızın
zəngin ədəbiyyatı
və mədəniyyətini
fransızlar arasında
geniş təbliğ.
edən "Azərbaycan evi" və universitetin Türkologiya departamenti idi.
Departamentin dekanı
Stefan Dotanye tədbiri
açaraq, qədim tarixə malik Azərbaycanda dünya şöhrətli şair
və rəssamların,
incəsənət və
elm adamlarının yetişdiyini,
onların arasında şair və mütəfəkkir Nizami Gəncəvinin xüsusi yeri olduğunu xatırlatmışdır. Sonra tədbirə
dəvət olunmuş
filologiya elmləri doktoru, Milli Məclisin deputatı
Rafael Hüseynov dahi şairin həyat və yaradıcılığından
danışmışdır.
O demişdir ki, Nizami Gəncəvi lap çoxdan təkcə Azərbaycanın övladı olmaq çərçivəsindən çıxmışdır. Onun əsərləri bəşəriyyətin ən qiymətli sərvətləri xəzinəsinə daxil olub, özü isə bütün xalqların, bəşəriyyətin övladı olmaq mərtəbəsinə ucalmışdır.
Humanizm prinsipi Nizami yaradıcılığının nüvəsini təşkil edir. Bu ali fikri Nizami ilk şeirindən son poemasınadək davam etdirmişdir. Nizami dərk olunması baxımından orta əsrlərin ən mürəkkəb müəlliflərindəndir. Bunun səbəbi onun hər misra, hər beytin üzərində zərgər dəqiqliyi ilə işləməsində, hər sözün bir neçə mənasını bir misra, bir beyt içərisində cəmləyə bilməsi, beləliklə də, hər sətrə bir neçə məna qatı yükləməsidir. Şair özü oxucuya xəbərdarlıq edirdi ki, mən bunu dedim, getdim və hekayət qaldı, bu hekayəti elə-belə oxumaq olmaz.
Ancaq Nizamini dünya şairi edən təkcə bu deyildir. Nizami geniş biliyə malik şəxsiyyət idi. O, milli məhdudiyyətdən uzaq, öz bəşəriliyini anlamış dahi idi.
Nizami əsərləri ilə yalnız əsrlər boyu təkrarlanacaq əbədi model deyil, həm də düşüncə, millət quruculuğu, mənəviyyat quruculuğu, dövlət quruculuğu modeli yaratmışdır. Onun səkkiz əsr əvvəl təbliğ etdiyi ideyalar bu gün də arzulanandır. O keyfiyyətlər ki, Nizami insanlarda, cəmiyyətdə görmək istəyirdi, bu gün də insanlıq həmin dəyərlərin daha artıq bərqərar olması yolunda mübarizə aparır. Nizaminin arzuladığı belə dünyanın, belə həyatın hamıya qismət olacağı günlərə hələ çatmamışıq.
Bütün bu fikirləri şairin əsərlərindən konkret misralarla iştirakçılara açıqlayan R.Hüseynov çoxsaylı suallara cavab vermişdir.
Cənab Stefan Dotanye son zamanlar universitetlə Azərbaycan arasında əlaqələrin inkişafını, ölkəmizlə bağlı tədbirlərin fransızlarda maraq oyatdığmı xüsusi vurğulamış və maraqlı çıxışa görə R.Hüseynova təşəkkürünü bildirmişdir.
Tədbirdə Strasburq ictimaiyyətinin
nümayəndələri, universitetin tanınmış
alimləri, azərbaycanlı
deputatlar, ölkəmizin
AŞ yanında daimi nümayəndəliyinin rəhbəri,
səfir Arif Məmmədov və nümayəndəliyin əməkdaşları,
Azərbaycan diasporunun
təmsilçiləri və
tələbələrimiz iştirak
etmişlər.
Azərbaycan.- 2007.- 28 yanvar.- S. 4.