Səbinə
Misir Mədəniyyət Mərkəzində
görüş
Misir Ərəb Respublikasının
Bakıdakı Mədəniyyət
Maarifində mətbuat
konfrans keçirib. Konfransda
mərkəzin direktoru
mədəniyyət üzrə
attaşe Bağdadi İmam Məhəmməd
2007-ci il üçün tədbirlər
planı
haqqında
məlumat verib. Qeyd olunub ki,
yanvarın 22-28-də mərkəzdə
Misir filmləri
həftəsi keçirilib.
Bağdadi bütün azərbaycanlıları
Misir filmlərini izləməyə dəvət
edib. Mərkəzdə izləyicilər üçün bir çox ttərcüməçilər
fəaliyyət göstərir.
Yanvarın 31-də Azərbaycan və misirli qadın yazıçı
və yazıçı
və jurnalistlərin
müasir durumuna həsr olunmuş görüş, fevralın
8-də isə əlil
uşaqlarla görüş
olacaq. Azərbaycan Qadın Cəmiyyətinin
humanitar işlər üzrə direktor müavini Badam Kərimovanın iştirakı
ilə baş tutacaq tədbirdə sual-cavab müsabiqəsi keçiriləcək və
qaliblərə hədiyyələr
təqdim olunacaq.
Tədbirdə Misirin ölkəmizdəki
səfiri və onun xanımı, eləcə də digər dövlətlərin
səfir və xanımları da iştirak edəcəklər.
Mərkəzin kitabxanası bütün
azərbaycanlı tələbə
və içilər üçün bazar günü istisna olumaqla hər gün saat 10-dan 17-yə qədər açıqdır.
Kitabxanada nadir ensiklopedik
kitablar, müxtəlif
jurnallar və firon incəsənəti şəkilləri, qədim
antik əşyalar və s. izləyicilərin
diqqət mərkəzində
olacaq.
Misirin ölkəmizdəki səfiri
Yusif Əhməd İbrahim əl-Şarkavi
mədəniyyət tədbirlərinin
xalqlarımız arasında
münasibətlərin möhkəmləndirilməsi
baxımından boyük
əhəmiyyət daşıdığını
söyləyib. Bizə maraqlı olan cəhətlərdən biri
də səfirin müsəlman ölkələri
arasında dinlərin
mədəniyyətdə rolu
haqqında söylədiyi
fikirlərlə bağlı
idi: "Hər bir din bəşəriyyətin
çiçəklənməsinə xidmət edir. Bundan başqa biz dinə insanlar arasında münasibətlərin tənzimlənməsi,
insan düşüncəsinin
təkanverici qayəsi
kimi baxırıq.
Misir mədəniyyətinə isə
ilkin zamanlarda fironların, sonra yunan və Roma mədəniyyətlərinin güclü
təsiri olub. Son nəticədə çiçəklənmiş bir Misir mədəniyyəti
formalaşıb. Azərbaycanda təmsil etdiyimiz nümayəndəlik kimi bu məkanın insanlarına çox böyük önəm veririk. Burada dini mədəniyyət
o qədər yüksəkdir
ki, bu özünü
insanlarla ünsiyyətdə
də qabarıq şəkildə göstərir".
Paritet.- 2007.- 20-22
yanvar.- S. 11.