Misir
sənətkarlarının əsərləri Bakıda
nümayiş etdirilir
Bakıda fəaliyyət
göstərən Misir
Mədəniyyət Mərkəzində
bu ölkənin rəssamlarının əsərlərindən
və məişət
sənətkarlığı nümunələrindən ibarət
sərgi açılıb.
Açılış mərasimində
çıxış edən
mərkəzin direktoru
İmam Bağdadi nümayiş olunan əsərlərdən söz
açıb":: "Sərgidə
Misir rəssamlarının
modernizm üslubunda çəkilmiş əsərləri
nümayiş etdirilir.
Sulu boya ilə işlənmiş tablolarda Misirin yeni mədəniyyət tarixi, insanın düşüncə tərzi,
onun torpağa bağlılığı və
digər mövzular əks olunub. Əsərlərin hər
biri çox maraqlı mövzuda işlənib". Misir Ərəb
Respublikasının ölkəmizdəki
səfiri Yusif Əl-Şarkavi mədəniyyətin ölkələr
arasındakı əlaqələri
genişləndirməkdə ən yaxşı vasitə olduğunu vurğulayıb":: "Ölkələrimiz
arasındakı əlaqə
gün-gündən genişlənir. Bu, keçirilən tədbirlərdə
özünü aşkar
göstərir". Sərgidə Yasser Monqunun "Adəm və Həvva", Zeynəb Demerdaşinin "Əbədiyyət",
Həmdi Abdullahın
"Əzəmət", Azza Muhammed as-Saudun
"Sükunət və
yüksəliş" kimi
əsərləri ilə
yanaşı, məişət
sənətkarlığı bölməsində, Misirdən
gətirilmiş mücrülər,
sürahilər, şamdanlar,
"Əl Əqsa"
məscidinin modeli, Firon dövrünü əks etdirən bəzək əşyaları,
xalçalar da nümayiş etdirilib. Sərgi yanvarın 28-nə kimi davam
edəcək.
525-ci qəzet.-2007.-26 yanvar.-S.7.