Bakıda Misir filmləri festivalının açılışı
oldu
Yanvarın 28-nə kimi davam
edəcək festivalda
efir üzü görməyən filmlər
nümayiş etdiriləcək
Dünən Misir Ərəb Resbulikasının Bakıdakı
Mədəniyyət Mərkəzində
Misir filmləri həftəsinin açılış
mərasimi keçirilib. Qurumun direktoru İmam Bağdadi filmlərin yanvarın 28-nə kimi nümayiş olunacağını
deyib: "Azərbaycanda
belə bir tədbirin həyata keçirmək bizim üçün olduqca şərəflidir. Azərbaycan
tamaşaçılarını Misir kinosu ilə
yaxından tanış etmək
çox yaxşı layihədir. Həftə ərzində azərbaycanlı
tamaşaçılara Misirin
yeni və bu zamana
kimi göstərilməmiş
filmləri nümayiş
etdiriləcək. Nümayiş Misir Mədəniyyət Mərkəzində baş
tutacaq. Filmlərin
nümayişi zamanı
Misir kinosunun tarixi haqqında məlumat verilməsini də nəzərdə tutmuşuq". Tədbirdə çıxış edən
Misir Ərəb Respublikasının ölkəmizdəki
səfiri Yusif əl-Şarkavi bu cür tədbirlərin keçirilməsini çox
yaxşı hal kimi qiymətləndirib.
Səfir bu il belə
bir layihənin Misirdə təşkil olunacağını və
bir həftə ərzində Azərbaycan
filmlərinin nümayiş
olunacağını diqqətə
çatdırıb. Misir
filmləri həftəsinin
ilk günü rejissor İsmayıl Yasinin "Uçuşda"
və "Tutu Həmadənin dəstəsi"
filmi nümayiş etdirilib. Həftə ərzində Misir rejissorlarının çəkdiyi
"Orduda", "Hənifənin
gözəli", "Sehrli
lampa", "Həbsxanada
məhəbbət", "Gizli polis", "Ramazan vulkan üstündə", "Yasmin"
filmləri göstəriləcək.
Filmlərin nümayişi
zamanı sərgidə
təşkil olunub.
Yeni Azərbaycan.- 2007.- 23 yanvar.- S. 8.