Kinorejissor Eldar Quliyev böyük kitabxanası ilə fəxr edir
Xalq artisti Siyavuş
Aslan isə “
Məmləkətimizin çox istedadlı, şöhrəti aşıb-daşan
sənətçiləri çoxdur. Zaman-zaman onlarla
bağlı hər şeyi öyrənməyə
çalışdıq. Bu dəfə isə
sanətçilərimizin mütaliəsi
ilə maraqlandıq.
İstədik öyrənək görək, daima tamaşaçıların əhatəsində
olan sənətçilərimiz
kitab oxumağa necə vaxt tapırlar? Çünki bir zamanlar kitab oxumaq dəbdə
idi. Hətta o dövrdə insanlar
şəxsi kitabxana yaratmaq uğrunda bir-biri ilə bəhsə də girirdilər. Kimisi mütaliə
etdiyi üçün,
kimisi də elə belə dəb xatirinə kitab alıb evə yığırdı.
O səbəbdən sənətçilərimizə
"mütaliə edlrsinizmi?"
sualı ilə üz tutduq. Olduqca təmtəraqlı
cavablarla qarşılaşdıq...
Xaiq artisti Siyavuş Aslan sualımızı eşidib güldü. Cavabı
isə qısa və konkret oldu: "Hə, "
Bildiyimizə görə,
Siyavuş müəllim
həm də hacıdır, yəni dindardır və yəqin ki, o Məhəmməd peyğəmbəri
dediyi "Qəbir evinəcən oxumaq lazımdır" sözlərini
bilməmiş deyil...
Müğənni Elxan Şirinov həm də pedaqoq kimi Dövlət Dillər Universitetində çalışdığını önə çəkib mütəmadi olaraq mütaliə etdiyini söylədi: "Mən
həmişə qiraətlə
məşğul oluram.
Mən elə adamam ki, bir kitabı
bir neçə dəfə oxuyuram. Ola bilər ki, tələbə vaxtı Teodor Drayzerin "Dahi" romanını oxumuşam, bir daha yenidən oxuyuram. Yəni tələbə vaxtı ingilis variantını oxuduğum
əsərlərin indi
azərbaycancasını oxuyuram.
Tolstoyu indi orta məktəb
və tələbə
dövrlərində olduğundan
təmamilə fərqli
bir düşüncə
ilə oxuyuram. Görürəm ki, o vaxt tamamilə fərqli başa düşmüşəm.
Axırıncı ayda Tolstoyu,
Drayzeri, Hemenqueyi, ingilis dili ilə
bağlı kitablarını
oxumuşam. Mən əsərləri
janrlarına görə
seçmirəm. Qeyd edim
ki, tarixi əsərlərə o qədər
də həssas yanaşmıram. Bəlkə bu
da mənim kobud desəm, tarixdən savadımın
azlığından irəli
gəlr. Bir tərəfdən
də tarixi kitabların hardasa inandırıcı olmasına
şübhə ilə
baxıram. Çünki hər bir fakt
sübut tələb edir. Məni əsasən məntiqli
əsərlər cəlb
edir. Poeziya isə öz
yerində, həmişə
şeir oxuyuram."
Sənətçinin sonuncu
oxuduğunuz kitab hansı olub sualına cavabı isə belə oldu: Ernest Hemenqueyin "Əcəl zəngi". Vaxtilə ingilis dilində oxumuşdum, indi Azərbaycan variantını
oxuyuram.
Xalq artisti Fuad Poladov əsasən
dram əsərləri oxuduğunu
söylədi: "Mən
çalışıram yeni
dram əsəri çap
olunanda onu tapıb oxuyum. Başqa vaxt isə dünya
ədəbiyyatından əlimə
yeni kitab düşəndə oxuyuram.
Məxsusi rəğbət bəslədiyim əsər
yoxdur. Yaxşı şeirlərə həvəs göstərirəm,
amma əsasən nəsr əsərlərinə
üstünlük verirəm.
Axırıncı dəfə Paulo Kolyanın
"Alximik" əsərini
oxumuşam."
Xalq artisti Qədir Rüstəmov sən demə, gününü kitab oxumaqla keçirirmiş. "Ədəbiyyatı
bəlkə də mənim qədər oxumamısınız. Birdən
elə olur, həftələrlə kitab
oxuyuram, axırda başım ağrıyır...
Özümüzünkülərdən, Nizamidən tutmuş
üzü belə hamısının kitablarını
oxumuşam. Hələ xariciləri
demirəm. Amma bu Qarabağ məsələsi
ortalığa çıxandan
bəri kitab yaddan çıxıb.
Amma bir məsələ var ki, oxumuş
adamla mən bir deyiləm, a. Anlayışım var. Lakin
anlayış ayrı
şeydir, bilmək ayrı".
Mütaliənin sevimli işlərindən biri olduğunu deyən, Xalq artisti kinorejissor
Eldar Quliyev böyük bir kitabxanası olması ilə fəxr etdiyini söylədi:
"Kitab oxuyuram, özü də mənim şəxsi kitabxanamın olması ilə fəxr edirəm ki, orda 4-5 min kitab var. Elə bilirəm, böyük varidatım
var. Özü də deyim ki, bu
xüsusiyyət bəlkə
də mənə atamdan keçib. Tofiq Ələkbəroviçin böyük
kitabxanası vardı."
"Bəs o kitabxana kimdədir" sualını
isə kinorejissor belə cavablandırdı:
"Öz evindədir,
amma son illərdə həmin kitablardan mənə bağışlayırdı.
Həm bağışlayırdı, həm
də elələri vardı özüm bir bəhanə ilə ondan alırdım. Bəzilərini isə, bağışlamağa
məcbur edirdim.
Onun bundan başqa çox gözəl not kitabları da vardı. Elə vaxt olurdu ki,
mənə zəng edib deyirdi, filan
kitab mağazasında
yaxşı kitab var, get onlara bax".
Qeyd edək
ki, Eldar müəllim şeirdən
başqa bütün janrları xoşlayır:
"Mən detektivi də sevirəm, klassik əsərləri də. Poeziya ilə təəssüf ki,
Söhbətimizin sonunda rejissor hazırda Moldaşovun əsərlərini
oxuduğunu qeyd etdi: "Hazırda Moldaşovun kitablarını
oxuyuram. Özü həkimdir, amma
Tibetə, Pamirə etdiyi səyahətlərlə
bağlı kitabları
çox maraqlıdır.
Doğrudur, bəzi
məsələlərlə onunla razı deyiləm, amma maraqlı faktlar da var. Sonra
Markizin "100 il tənha" əsərini
hesab edərdim, son yüzilliyin ən zirvədə duran kitabıdır. O vaxtilə bu kitaba görə, Nobel mükafatına layiq görüldü."
Üç nöqtə.- 2007.- 12 yanvar.- S. 13.